• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir 6 milyon manatın xərclənəcəyi sahələri açıqladı

Nazir 6 milyon manatın xərclənəcəyi sahələri açıqladı
08.04.2016 15:10
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 mln. manat ayrılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin sərəncamının detallarını açıqlayıb.

Bu barədə ANN.Az APA-ya istinadən xəbər verir.

Nazir açıqlamasında qeyd edib ki, bir il bundan öncə ünvanlı sosial yardımın verilməsinin müddəti 1 ildən 2 ilə qaldırılıb:

"Bu, o deməkdir ki, hətta bu gün hər hansı bir ünvanlı sosial yardım təyin olunmasa belə, bu gün bazarda ola 120 mindən artıq ailə ən azı bir il ərzində ünvanlı sosial yardım almaqda davam edəcək.

Bu müddət ərzində həmin ailələrin əməkqabiliyyətli üzvlərinin aktiv əmək bazarına cəlb olunması üçün proqramların tətbiqi istiqamətində işlər həyata keçirilməlidir.

Ötən il nazirlik Beynəlxalq Əmək Təşkilatının xətti ilə Göyçayda bir pilot layihə, Şamaxıda isə Türkiyənin İTECA təşkilatı ilə bir pilot layihə reallaşdırıb. Göyçaydakı layihədə 21 əlil ailə, Şamaxıdakı layihədə 11 ailə iştirak edib.

Onlar iki aylıq tədrisdən sonra özlərinin kiçik biznes planlarını tərtib ediblər və müxtəlif istiqamətlər üzrə ailə biznes təsərrüfatlarını yaradıblar. Onlar heyvandarlıqla, kiçik istilikxanalar təşkil etməklə, kompüter kursları açmaqla, arıçılıqla və sair işlərlə məşğul olmaq istəyənlər var idi.

32 ailənin hər birində bu layihə özünü doğruldub. Ölkə başçısı həmin 6 milyon manatı bunun üçün ayırıb ki, 68 rayonda aztəminatlı ailəyə öz bizneslərini qurmağa yardım edək. Hər rayondan təqribən 20 ailə seçiləcək və bu ailələrin hər birinə təxminən 4 000 manat həcmində kiçik bir biznes qurmağa imkanların yaradılması məsələsinə baxılacaq.

Bu işdə bizə Beynəlxalq Əmək Təşkilatı ciddi yardım göstərəcək. Artıq təşkilatla danışıqlar aparılıb. Təşkilatın trenerləri ailələrə dərs keçməyə hazırdır.

Onların əmək haqlarını da təşkilat özü verəcək. Təşkilat Azərbaycanda təqribən 136 treneri formalaşdırmalıdır. Sonra həmin 136 nəfər 68 rayonun hər birində 20 ailəni seçib öyrədəcək”.

Ailələrin seçilməsinə gəlincə, nazir qeyd edib ki, ilk növbədə ünvanlı sosial yardım alan ailələr seçiləcək:

"Ünvanlı sosial yardım alan ailələrin 45%-nin tərkibində o ailələrdir ki, valideynlərdən biri yoxdur. Onlar bu prosesə cəlb olunmayacaq və ailə müavinəti almağa davam edəcəklər. O cümlədən 18 yaşdan aşağı əlil uşaqları olan ailələrə də müavinətlərin verilməsi davam etdiriləcək.

Əmək pensiyaları almaq hüququ olmayan insanlara da ailə müavinətlərinin ödənilməsi davam etdiriləcək. Bundan başqa, övladlarının sayı dörddən çox olan ailələrə də ailə müavinətinin verilməsi davam etdiriləcək.

Qalan hissəyə nəzərə salsaq görərik ki, elə ailələr var ki, hər birində ən azı iki nəfər əməkqabiliyyətlidir. Onların öz kiçik təsərrüfatını yaradıb, ailə üzvlərinin maddi təminatını təmin etmək imkanları var”.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol