• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankdan yeni kart

Unibankdan yeni kart
14.04.2016 17:00
Yüngül qəlyanaltının və ya xırda alış-verişin dəyərini ödəmək üçün kassada növbə gözləməyə həvəsiniz yoxdur? 

O zaman sizə Unibankın təmassız Albalı Plus kartı lazımdır. Əgər sizin təmassız (contactless) Albalı Plus MasterCard kartınız varsa, kartınızı POS-terminala yaxınlaşdırmaqla 20 manatadək olan ödənişlərinizi bir neçə saniyə ərzində başa çatdıra bilərsiniz.

Unibankın "Kart Prossesinq” departamentinin rəhbəri İlqar İbrahimov bildirib ki, müştərilərinə müasir ödəniş imkanlarını təqdim etmək bankın başlıca hədəflərindən biridir: "Təmassız ödənişlərin üstünlüyü təkcə kart sahibinə rahatlıq gətirməklə məhdudlaşmır, ticarət və xidmət nöqtələrində ödənişə sərf olunan zamana qənaət etməklə ödəniş prosesini sürətləndirmək və kassalarda növbəni qısaltmaq mümkündür. Ümumiyyətlə, təmassız texnologiyalar ənənəvi kart ödənişlərində keyfiyyətcə yeni bir mərhələnin başlanmasına səbəb olub. Müasir ödəniş trendlərini az da olsa izləyənlər plastik kartların öz yerini getdikcə NFC (near field communication) texnologiyanı dəstəkləyən mobil qurğulara verməsinin şahididirlər. Təmassız kartlar ənənəvi plastik kartlarla yaxın gələcəkdə populyarlıq qazanacaq NFC ödənişlər arasında körpü rolunu oynamaqla, insanlarda yeni ödəniş vərdişlərinin formalaşmasında əhəmiyyətli rola malikdir”.

Təmassız Albalı Plus kartları tez-tez xarici səfərlərə çıxanlar üçün də çox əlverişlidir. Çünki bütün xırda ödənişlərinizi vaxt itirmədən, kartınızı kiməsə təqdim etmədən, təhlükəsiz şəkildə ödəyə bilərsiniz. Təmassız ödəniş texnologiyası həm Albalı Plus debet, həm də Albalı Plus kredit kartları üzrə yaradılıb.

Təmassız kartı necə əldə etməli?

Siz contaktless funksiyası olan Albalı Plus debet MasterCard kartı əldə etmək üçün Unibankın baş ofisinə müraciət edə bilərsiniz.

Kart harada istifadə oluna bilər?

Təmassız ödənişi həyata keçirmək üçün kart sahibi sadəcə kartını contakless-i dəstəkləyən istənilən pos-terminala yaxınlaşdıraraq, ödəniş edə bilər. Bu pos-terminalların üzərində təmassız ödənişləri dəstəkləyən xüsusi işarə mövcuddur. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

ALBALI PLUS - arzuları reallaşdıran kart.

Unibank – hər kəsin bankı.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol