• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan prezidenti “BakuBus” MMC-nin ikinci deposunun açılışında

Azərbaycan prezidenti “BakuBus” MMC-nin ikinci deposunun açılışında
18.04.2016 14:16
Aprelin 18-də Azərbaycan prezidenti İlham Əliyev "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin ikinci deposunun açılışında iştirak edib.
 
Dövlət başçısına burada yaradılan şərait barədə məlumat verilib.
 
Prezident deponun rəmzi açılışını bildirən lenti kəsdi və inzibati binada yaradılan şəraitlə tanış olub.
 
Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Prezident İlham Əliyevə "BakuBus” MMC-nin on aylıq fəaliyyəti barədə məlumat verib.
 
Prezident "BakuBus” MMC tərəfindən gələcəkdə alınması nəzərdə tutulan avtobuslara da baxıb.
 
Avtobusların hamısı rahatlığı və təhlükəsizliyi ilə seçilir. Sərnişinlərin təhlükəsizliyi və ətraf mühitə vurula biləcək zərərin minimum səviyyəyə endirilməsi məqsədilə STQ mühərriki ilə işləyən avtobuslara üstünlük verilib. "BakuBus” MMC gələcəkdə də sərnişindaşıma sahəsində müasir standartlar səviyyəsində fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub. Bu məqsədlə avtobus parkının yenilənməsi və müasirləşdirilməsi istiqamətində mühüm layihələr icra edilir.
 
Diqqətə çatdırılıb ki, "BakuBus” MMC tərəfindən ilk dəfə olaraq hava limanı ekspress xətti istifadəyə verilib. Müasirliyi və rahatlığı ilə seçilən 5 avtobus sərnişinləri metronun "28 May” stansiyasından Heydər Əliyev Beynəlxalq Aeroportuna və əks istiqamətə fasiləsiz olaraq daşıyır. Avtobusların sərnişin tutumu 48 yerlikdir.
 
Hazırda paytaxtın müxtəlif yerlərində, avtobus dayanacaqlarında "Bakıkart”ın ödəmə aparatları quraşdırılıb. Bundan başqa, "MilliÖn” aparatları da "Bakıkart” sisteminə inteqrasiya edilib. Sakinlər bu aparatlarda həm "Bakıkart” əldə edə, həm də kartın balansını artıra bilərlər.
 
Dövlət başçısına məlumat verilib ki, "BakuBus” MMC-nin ikinci deposunun ümumi ərazisi 8 hektardır. Ərazidə inzibati bina ilə yanaşı, köməkçi binalar, o cümlədən sürücü, tibb, təmir mərkəzləri, avtobusları yuma və gecə növbəsində işləyənlərin qalması üçün məntəqələr inşa edilib.
 
"BakuBus” MMC-nin ikinci deposu əhali sıxlığının, intensiv hərəkətin artdığı hazırkı dövrdə bu sahədə əldə olunmuş müsbət nəticələrin səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə yaradılıb.
 
Deponun texniki təmir mərkəzi də müasir səviyyədə qurulub. Avtobuslara texniki baxış və təmir xidmətləri göstərmək üçün yaradılan mərkəzdə Almaniya və digər qabaqcıl ölkələrin istehsalı olan müxtəlif növ avadanlıq quraşdırılıb. Mərkəzdə eyni vaxtda 10 avtobusa xidmət göstərmək mümkündür.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol