• $
  • €
  • ₽
  • ₺
  • £

​Çində "kölgə bankçılığı"nın həcmi 7 trln. dollara çatdı

​Çində "kölgə bankçılığı"nın həcmi 7 trln. dollara çatdı
29.05.2020 01:40
Çində kommersiya bankları tərəfindən qeyri-bank kredit təşkilatları, o cümlədən broker şirkətlərinin maliyyələşdirilməsi sürətlə davam edir.
 
"Report"un "Royal Bank of Scotland"ın hesabatına istinadən verdiyi xəbərə görə, banklarla biznes arasında vasitəçilk edən bu təşkilatların məcmu kredit portfeli 7 trln. dollara çatıb. Analitiklər düşünürlər ki, yaranan bu "kredit köpüyü" partlayacağı təqdirdə, Çin iqtisadiyyatının çökməsi mümkündür.

Qeyd edək ki, Çin qanunvericiliyinə əsasən, bu kateqoriyadan olan şirkətlərin depozit toplamasına icazə verilmir. Məhz banklar tərəfindən qeyri-bank təşkilatlarının maliyyələşdirilməsi Çində məcmu kreditləşmənin artım tempinin yüksəlməsinə səbəb olub. "Moody's" beynəlxalq reytinq agentliyinin qiymətləndirməsinə görə, Çindəki "kölgə" kreditləşməsinin həcmi 6,92 trln. dollarla ölkə iqtisadiyyatının 2/3 hissəsinə bərabərdir.

"Bloomberg" agentliyinin açıqlamasına görə, "kölgə bankçılığında" əhalinin pul vəsaitlərinin  idarə edilməsi məqsədilə emissiya edilən müxtəlif maliyyə alətlərinin həcmi 2015-ci ildə 70% artaraq 2,9 trln. dollara çatıb. "Kölgə bankçılığının" bu qədər sürətlə inkişaf etməsinə səbəb bank kreditləşməsinin sərt şəkildə tənzimlənmnəsidir. Bank kreditləri Çində 4%-ə olduğu halda, qeyri-bank təşkilatlarında kreditlərin qiyməti 10%-dir.

HSBC ekspertləri hesab edirlər ki, məhz "kölgə bankçılığının" inkişafı Şanxayda 2016-cı ilin yanvar-fevral aylarında daşınmaz əmlakın 24% bahalaşmasına səbəb olub. Buna spekulyativ əməliyyatlar da təsir edib.

"Bloomberg" analitikləri qeyri-bank kredit təşkilatlarının zəruri balansa sahib olmadığını, son nəticədə kredit risklərinin yenə də banklar üzərində qaldığını düşünürlər. CLSA broker şirkətinin hesabatına əsasən, "kölgə bankçılığında" problemli kreditlərin həcmi 730 mlrd. dollara çatıb ki, bunun da 44 mlrd. dolları ümidsiz hesab oluna bilər.

"Report"un analitik qrupu hesab edir ki, qlobal tələbatın zəifləməsi fonunda Çin iqtisadiyyatının yavaşlaması qısa müddət ərzində ölkənin bank sektorunda ciddi problemlər yarada bilər. Nəticədə, yuan kəskin devalvasiya ola bilər ki, bu da dünya valyuta bazarında neqativ təsir yaradacaq. Qeyd edək ki, bu gün açıqlanan idxal-xrac göstəricilərinə əsasən, apreldə Çində ixrac illik müqayisədə 1,8%, idxal isə 10,9% azalıb. Məhz bu səbəbdən Şanxay Fond Birjasının indeksi bu gün 2,79% azalaraq 2 832 bəndə kimi geriləyib. Sadalanan göstəricilər Çin iqtisadiyyatında yavaşlamanın davam etməsindən xəbər verir.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol