Sabahdan bu küçələrdə hərəkət tam bağlanacaq

Bakının Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin Bəkir Çobanzadə küçəsi ilə kəsişməsindən Qara Qarayev prospektinə qədər olan hissəsi (Dakar meydanı) iyunun 4-ü səhər saatlarından təmir işləri ilə əlaqədar hərəkətə tam bağlanacaq.
"Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, əks istiqamətdə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru olan hissədə isə hərəkətə hər-hansı məhdudiyyət tətbiq edilmir.
"Azəravtoyol” vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etmələrini məsləhət görür.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















