• $
  • €
  • ₽
  • ₺
  • £

Bank of Baku-dan “VIP müştərilərə VIP təklif”!

Bank of Baku-dan “VIP müştərilərə VIP təklif”!
30.06.2016 10:50
Bank of Baku, xaricə səfər etməyi planlaşdıran VIP müştərilər üçün xüsusi təkliflərlə dolu silsilə kampaniyalarından daha birinə start verir.

30 iyun – 8 iyul 2016-cı il tarixlərini əhatə edən kampaniya çərçivəsində müştərilər Banka uçuş biletini və ya turizm şirkətlərindən əldə etdikləri səyahət paketini təsdiq edən sənədi təqdim etməklə Bolkart Gold kredit və ya debet kartını PULSUZ, Bolkart Diamond kredit və ya debet kartını isə 50% endirimlə əldə edə biləcəklər. Bu müddət ərzində uçuş tarixindən asılı olmayaraq hər bir şəxs kampaniyadan faydalanmaq üçün Banka müraciət edə bilər.

Bolkart Kredit kartları üzrə kampaniya çərçivəsində müştərilər aşağıdakı şərtlərlə kampaniyadan faydalana bilərlər:

* İllik xidmət haqqısı 40 AZN olan Bolkart Gold kredit kartını bütün illər üzrə xidmət haqqısından azad olunmaqla tam PULSUZ əldə edəcəklər;

* 150 AZN dəyərində olan Bolkart Diamond kredit kartını 50% endirimlə ala biləcəklər. Üstəlik, Bolkart Diamond sifariş edən hər bir şəxsə hədiyyə olaraq Priority Pass kartı pulsuz olaraq təqdim olunur.

VIP kateqoriyalı hər iki kredit kartın rəsmiləşdirilməsi üçün müştərilərdən şəxsiyyət vəsiqəsi və iş yerindən arayışın təqdim etmələri tələb olunur.

Şəxsi vəsaitdən istifadə üçün nəzərdə tutulan Bolkart Gold və Bolkart Diamond debet kartlarını isə Bankın istənilən filialına müraciət edən hər bir şəxs əldə edə bilər. Uçuş biletini təqdim etməklə müştərilər 50 AZN dəyərində olan Bolkart Gold debet kartını pulsuz, 150 AZN dəyərində olan Bolkart Diamond kartını isə 50% endirimlə sadəcə 75 AZN ödəməklə əldə edə biləcəklər. Bolkart Diamond debet kartını əldə edənlərə də Bank of Baku-dan Priority Pass kartı HƏDİYYƏ olunacaq.

Qeyd edək ki, Bolkart debet kartlarının indi təkcə AZN valyutasında deyil, eyni zamanda USD və EUR valyutalarında da rəsmiləşdirilməsi mümkündür. Bolkart kredit və debet kartları haqqında daha ətraflı məlumatla http://www.bolkart.az/ internet ünvanından tanış ola bilərsiniz.

Daha ətraflı:

145 məlumat mərkəzi 
www.bankofbaku.com
 www.facebook.com/bankofbaku

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol