• $
  • €
  • ₽
  • ₺
  • £

​AZAL-da nöqsanlar aşkarlanıb

​AZAL-da nöqsanlar aşkarlanıb
26.07.2016 10:32
 "Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən Vergi Məcəlləsinin tələbləri pozulub.

"Report" bu barədə 2011-2013-cü illərdə "Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanılması və dövlət büdcəsinə ödənilməsi, eləcə də dövlət əmlakından istifadə olunması ilə bağlı Hesablama Palatası tərəfindən Vergilər Nazirliyi ilə birgə həyata keçirilmiş audit tədbirinin nəticələrinə istinadən xəbər verir.

AZAL tərəfindən Vergi Məcəlləsinin tələbləri pozularaq Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə hesablanan yığım məbləği müəyyən edilərkən rezident hüquqi şəxslərə Azərbaycanın ərazisində təqdim edilmiş reaktiv yanacaq məhsullarının həcminin də ixrac kimi nəzərə alınması və gəlirdən çıxılan xərclərə aid edilməsi səbəbindən dövlət büdcəsinə mənfəət vergisi az hesablanıb.

Həmçinin, Vergi Məcəlləsinin müvafiq tələbləri nəzərə alınmayaraq rezident hüquqi şəxslərə təqdim edilmiş reaktiv yanacaq məhsulları üzrə dövriyyələrin əlavə dəyər vergisinə cəlb edilməməsi və bir sıra alışlar zamanı əlavə dəyər vergisi üzrə öhdəliklərin yerinə yetirilməməsi, vergi agenti qismində ödəmə mənbəyində tutulan vergilərin birbaşa dövlət büdcəsinə ödənilməməsi halları müəyyən edilib.

Dövlət əmlakının saxlanması və istifadə olunmasını tənzimləyən qanunvericilik aktlarının tələblərinə tam riayət edilməyərək uçotdan silinmiş hava gəmilərinin, aviamühərriklərin, avtonəqliyyat vasitələrinin, maşınların, avadanlıqların, hesablama texnikasının və digər əsas vəsaitlərin ayrı-ayrı hissələrinin və sair yararlı materialların miqdarı müəyyən edilməyib, onlar, eləcə də müxtəlif ehtiyat hissələri və mal-materiallar bazar qiyməti ilə qiymətləndirilməyib.

Müxtəlif məzmunlu əməliyyatlar üzrə hesablaşmalara görə, keçmiş illərdən yaranmış debitor borcların bağlanması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib, xarici ölkələrdəki nümayəndəliklərdə nağd hesablaşmalar qanunvericiliklə kassa əməliyyatlarına dair müəyyən edilmiş tələblərə uyğun tam rəsmiləşdirilməyib, beynəlxalq sərnişindaşımalar üzrə aviabiletin qiymətinin tərkibində tarifdən əlavə yığımların növlərinin müəyyənləşdirilməsi və miqdarının hesablanması əsasları rəsmiləşdirilməyib. Həmçinin, statistik hesabatların tərtibində təhriflərə yol verilməsi və nizamnamə kapitalının məbləğinin müvafiq sənədlərdə fərqli göstərilməsi də müəyyən edilib.

Hesabatın müzakirə olunduğu kollegiya iclasında, həmçinin beynəlxalq sərnişin daşıma xidmətləri üzrə aviabiletlərin agent satışı qiymətləri üzərində sonrakı müşahidə qaydasında monitorinqlərin aparılması, qiymət artımlarının səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması istiqamətlərində tədbirlərin görülməsi üçün Kollegiya qərarından çıxarışın Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına göndərilməsi qərara alınıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol