• $
  • €
  • ₽
  • ₺
  • £

Bağlanan dörd bankın əmanətçilərinə nə qədər kompensasiya ödəniləcək?

Bağlanan dörd bankın əmanətçilərinə nə qədər kompensasiya ödəniləcək?
29.07.2016 13:13
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən, lisenziyaları ləğv olunan 4 bank üzrə kompensasiya olunan əmanətlərin həcmi 110 milyon 714 min manat təşkil edir.

Bu barədə Oxu.Az-a Əmanətlərin Sığortalanması Fondundan (ADİF) bildirilib. 

Məlumatda deyilir ki, "Dekabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 5 mln. 585 min manat, qorunan əmanətlərin cəmi 3 milyon 767 min manat, kompensasiya olunan əmanətlər isə 2 milyon 807 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 133 nəfərdir.

"Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 87 milyon 619 min manat, qorunan əmanətlərin cəmi 61 milyon 949 min manat, kompensasiya olunan əmanətlər isə 43 mln. 788 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 18 min 970 nəfərdir.

"Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 53 milyon 632 min manat, qorunan əmanətlərin cəmi 53 milyon 631 min manat, kompensasiya olunan əmanətlər isə 36 mln. 350 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 10 min 742 nəfərdir.

"Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 30 milyon 206 min manat, qorunan əmanətlərin cəmi 20 milyon 956 min manat, kompensasiya olunan əmanətlər isə 27 milyon 768 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 4 min 542 nəfərdir.

Məlumata görə, kompensasiyaların verilməsi hər bir bankın özü tərəfindən aparılacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol