• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell bir daha sosial şəbəkələrdə 100% göstərici ilə liderdir

Azercell bir daha sosial şəbəkələrdə 100% göstərici ilə liderdir
04.08.2016 17:22
Heç kimə sirr deyil ki, sosial şəbəkələr müxtəlif məhsul və xidmət istifadəçisi olan adi insanların həyatına o qədər nüfuz edib ki, artıq dünya təcrübəsi məhz sosial media kanalları vasitəsilə istehlakçı istəklərinin həll edilməsi dövrünün gəlib çıxdığını göstərir. 

Azərbaycanda mobil operatorlar arasında məhz Azercell Telekom sosial şəbəkələrdə olan potensialı üzə çıxarıb, ilk dəfə 2008-ci ildə Facebook-da və bir ildən sonra, 2009-cü ildə Twitter sosial şəbəkəsində rəsmi səhifəsini yaradıb. Səhifələrin yaradılmasından başlayaraq məhz Azercell sosial media meydanına yalnız məlumatlandırma vasitəsi kimi deyil, həm də müştərilərlə əlaqə və onlara dəstək vasitəsi kimi yanaşıb. Sosial şəbəkələrdə rəsmi səhifəsini yaratdığı zamandan etibarən Azercell ənənəvi xidmət kanalları ilə yanaşı, sosial media üzərindən də keyfiyyətli müştəri xidmətlərini təklif etməyə başladı. Belə ki, bir çox abunəçilər hansısa bir xidmət, məhsul haqqında məlumat almaq, hansısa xırda problemlə bağlı bilgi toplamaq üçün müştəri xidmətlərinə yox, ilk olaraq Facebook və ya Twitter səhifələrə üz tuturlar.

Azercell-in sosial şəbəkələrdə, xüsusilə, bu gün də ən populyar media olan Facebook-da aktivliyi diqqətdən kənarda qalmır. 2016-cı ilin aprel-iyun ayları ərzində Azercell-in rəsmi Facebook səhifəsinin lövhəsinə digər mobil operatorlara nisbətən abunəçilər tərəfindən daha çox sual ünvanlanıb və həmin sualların biri də cavabsız qalmayıb. Məhz bu 100% cavablama göstəricisinə görə şirkət bir daha "Socialbakers” beynəlxalq tədqiqat təşkilatından xüsusi "Socially Devoted” sertifikata layiq görülüb.

Qürurla qeyd edirik ki, Azercell yalnız Facebook-da deyil, mövcud olduğu bütün sosial şəbəkələrdə abunəçilərin suallarına böyük diqqətlə yanaşır: Twitter, Instagram, Disput.az, Youtube, Google+ şəbəkələrində öz müştərilərinə yüksək səviyyəli xidmət nümayiş etdirir.

Qeyd olunan aylar ərzində ölkəmizin mobil operatorları arasında yalnız Azercell Twitter-də 83%-lik cavablama göstəricisi ilə "Socially Devoted” sertifikatını əldə edib. Ümumiyyətlə, indiyədək Azercell sosial şəbəkədəki keyfiyyətli fəaliyyətinə görə bu qurum tərəfindən dəfələrlə sertifikat alıb.

Bir sözlə, Azercell-in hər bir müştərisi şirkətin sosial şəbəkələrdəki istənilən səhifəsinə müraciət etməklə operativ peşəkar yardım alacağına əmin ola bilər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol