• $
  • €
  • ₽
  • ₺
  • £

"SOCAR Polymer" yeni vakansiyalar elan edib

"SOCAR Polymer" yeni vakansiyalar elan edib
11.08.2016 11:16
"SOCAR Polymer" MMC bir neçə vəzifə üzrə yeni vakansiyalar elan edib.

Şirkətdən "Report"a verilən məlumata görə, "SOCAR Polymer" mühəndis-elektrik, nəzarət-ölçmə cihazları (NÖC) və idarəetmə sistemi üzrə mühəndis, statik mühəndis-mexanik, dinamik avadanlığın mexanik mühəndisi, NÖC və elektrik supervayzeri, elektrotexnik, NÖC üzrə texnik, texnoloji analizator texniki, mexanik-supervayzer, texnik mexanik, qurğu operatorları və CRO üzrə mütəxəssis axtarır.

Mühəndis-elektrik minimum 10-15 il iş təcrübəsinə malik olmalı, elektrotexnika ixtisası üzrə bakalavr dərəcəsi, beynəlxalq və yerli elektrik standartları, qabaqcıl təcrübələri və dəyər təcrübələrilə tanışlıq, elektrik sisteminin avtomatlaşdırılması ilə tanışlıq, elektrotexnika konsepsiyalarına dair yaxşı biliklərə və digər biliklərə malik olmalıdır.

NÖC və idarəetmə sistemi üzrə mühəndisinin NÖC və idarəetmə sisteminin layihələndirmə prinsipləri, nəzəriyyələri və konsepsiyaları, tətbiq olunan kodekslər, standartlar və təcrübələrə dair bilik və təcrübəsi, NÖC və idarəetmə sistemi ixtisası üzrə bakalavr dərəcəsi, NÖC və idarəetmə sisteminin layihələndirilməsi sahəsində 5 ildən artıq iş təcrübəsi olmalıdır.

Statik mühəndis mexanikdən mexanika, kinematika, termodinamika, materialşünaslıq və s. daxil olmaqla əsas konsepsiyalara dair güclü anlayış, maşınqayırma sahəsində bakalavr dərəcəsi və digər biliklər tələb olunur.

Dinamik avadanlığın mexanik mühəndisinin maşınqayırma ixtisası üzrə bakalavr dərəcəsi, neft-qaz sektorunda/neft-kimya sənayesində rəhbər vəzifədə geniş iş təcrübəsi, texniki xidmət və layihələndirmənin idarə olunması sahəsində uğurlu iş təcrübəsi və digər bilikləri olmalıdır.

NÖC və elektrik supervayzeri supervayzer vəzifəsində minimum 3 illik iş təcrübəsi, məhsuldarlığın idarə olunması sahəsində bilik və təcrübə, SƏTƏM bilikləri və məsul olduğu sahə üzrə onun tətbiqi imkanı və başqa biliklərə malik olmalıdır.

Elektrotexnik təhlükəsiz iş metodlarını yüksək səviyyədə bilməli, 5 illik elektrik/tikinti sahəsində təcrübə, sınaq avadanlıqlarından istifadə üzrə iş təcrübəsi və digər bilikləri olmalıdır.

NÖC üzrə texnik də təhlükəsiz iş metodlarını yüksək səviyyədə bilməli, NÖC və idarəetmə sistemlərinin texniki xidməti sahəsində 5 illik iş təcrübəsi olmalı, sahədə ekstremal isti və fiziki işin tələb olunduğu şərtlərdə işləmək qabiliyyətinə malik olmalıdır.

Texnoloji analizator texnikindən fizika, kimya, elektronika haqqında ümumi biliklər və yaxşı mexanika bilikləri, neft-kimya və emal sənayesində sənaye texnoloji analizatorlarla bağlı minimum 5 illik iş təcrübəsi, texnoloji analizatorların nasazlığının və ya pozuntunun səbəbinin diaqnostikası və zəruri profilaktik texniki xidmətin və ya bərpaedici texniki xidmətin göstərilməsi qabiliyyəti və digər biliklər tələb olunur.

Mexanik supervayzerin supervayzer vəzifəsində minimum 3 illik iş təcrübəsi, məhsuldarlığın idarə olunması sahəsində bilik və təcrübə, SƏTƏM bilikləri və məsul olduğu sahə üzrə onun tətbiqi imkanı və digər bacarıqları olmalıdır.

Texniki mexanikdən neft-qaz və ya neft-kimya sənayesində mexanik-texnik vəzifəsində 5 il iş təcrübəsi, müxtəlif növ maşınların baza iş konsepsiyaları haqqında biliklər, maşınların quraşdırılması və təmiri, alətlərdən düzgün istifadə haqqında biliklər, maşınlarla, hidravlik sistem və qurğunun mexaniki komponentləri ilə işləyən zaman ehtiyat tədbirləri haqqında biliklər, maşınlara tətbiqinə icazə verilən standartlar haqqında biliklər və s. tələb olunur.
Qurğu operatorları və CRO-dan texniki sahədə təhsil, oxşar sənaye sahəsində ən azı 3 illik praktiki təcrübə və digər biliklər tələb olunur.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol