• $
  • €
  • ₽
  • ₺
  • £

İsveçrənin məşhur şirkəti Azərbaycana turpaketlərin satışına başlayıb

İsveçrənin məşhur şirkəti Azərbaycana turpaketlərin satışına başlayıb
11.08.2016 16:41
Pilot layihə isveçrəliləri yeni və onlar üçün az tanınmış olan turizm bölgələrinə cəlb etmək üçün nəzərdə tutulub

 Məşhur "Aldi" şirkətinin İsveçrə filialı Azərbaycana qısamüddətli turların satışına başlayıb.

"Report"un İsveçrə bürosu xəbər verir ki, şirkət 2016-cı ilin sentyabr və oktyabr ayları üçün İsveçrədən Azərbaycana beşgünlük səfər təklif edir.
Turpaketin qiyməti təxminən 800 dollardır. Səfər proqramına təyyarə bileti və yüksək səviyyəli hoteldə yerləşdirilmə, eləcə də Bakı və paytaxt ətrafının görməli yerlərinə, o cümlədən Qobustan, Atəşgah və Yanardağa ekskursiya, Bakı buxtasında gəmi ilə səyahət, eləcə də Heydər Əliyev Mərkəzinə ziyarət daxildir.

"Aldi" Azərbaycana əlverişli qiymətlərlə, "hər şey daxil" sistemi ilə ilk dəfə səfər təşkil edəcək və bununla da daha çox avropalı turistin cəlb olunması, iki ölkə arasında turizm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanlar açacaq.

Qeyd edək ki, "Aldi" şirkəti bir sıra ölkələrdə alman supermarketlər şəbəkəsi kimi məşhur olsa da, eyni zamanda turizm brokeri kimi də fəaliyyət göstərir. Adətən, şirkət Avropada və dünyada yaxşı tanınan kurort zonalarına turpaketlər satır. Bu pilot layihə də isveçrəliləri yeni və onlar üçün az tanınmış olan turizm bölgələrinə cəlb etmək üçün nəzərdə tutulub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol