• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçiriləcək
12.08.2016 21:18
Forum sentyabr ayının 29-30-da baş tutacaq

Gələn ay Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçiriləcək.

"Report”un Şərqi Avropa bürosu xəbər verir ki, forum sentyabr ayının 29-30-da olacaq.
Tədbir Bolqarıstanın energetika naziri Temenujka Petkova və iqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində təşkil olunacaq. 

Forum Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ilə Sofiya Ticarət-Sənaye Palatasının sədri Georgi Çernev arasında avqust ayının 11-də keçirilən görüşdə də ətraflı müzakirə olunub. 

Azərbaycana səfər edəcək nümayəndə heyətinə energetika, maşınqayırma, neftayırma, tikinti, nəqliyyat, İKT, şərabçılıq, turizm, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən iş adamları daxil olacaq. Biznes-forumda hər iki ölkənin iş adamları arasında əməkdaşlıq imkanları müzakirə olunacaq, şirkətlər arasında ikitərəfli görüşlər keçiriləcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol