• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın aparıcı pivə istehsalçısı işini müvəqqəti dayandırır

Azərbaycanın aparıcı pivə istehsalçısı işini müvəqqəti dayandırır
19.08.2016 12:03
 Azərbaycan pivə bazarının 75%-nə nəzarət edən "Baltika-Bakı" MMC sentyabrın 1-dən istehsalı 2 ay müddətinə dayandıracaq. 

Bu barədə "Report"a Şirkətin korporativ ünsiyyətlər üzrə mütəxəssisi Lalə Əfəndi məlumat verib.

Onun sözlərinə görə, sentyabr-oktyabr aylarında "Baltika-Bakı" yalnız satışla məşğul olacaq. Tələbatı ödəmək üçün hazırda Şirkətdə pivə istehsalı davam edir.

"Baltika-Bakı"nın qiymətləndirməsinə əsasən, bu ilin ilk yarısında Azərbaycanın pivə bazarı 30% kiçilib. Buna səbəb isə manatın 2 dəfə dəyərdən düşməsi, eləcə də bu ilin əvvəlində aksiz markası ilə markalanan malların nağd hesablaşma əsasında satışının müvəqqəti qadağan edilməsidir. Bundan başqa, Tarif Şurasının mayın 16-da qəbul etdiyi qərarla su növlərinin xammal və texniki təyinatı üzrə ayrılması ləğv edilib, standart 8 manatlıq qiymət müəyyən edilib. Bu isə Şirtkətin təkcə bu il xərclərini 420 min manat artırıb.
"Sadalanan hallar, Ramazan ayı ərzində satışın kəskin şəkildə aşağı düşməsi və illik satışın 70% əhatə edən yayın ilk aylarında satış üçün qeyri-qənaətbəxş hava şəraiti ilə əlaqədar hazırda şirkətin rentabelliyi təhlükə altındadır. Buna görə şirkət "qaynar mövsüm” başa çatdıqdan sonra iki aylıq məcburi boşdayanmaya çıxmağa qərar verib. Bu dövrdə əməkdaşların təqribən 80%-i boşdayanmaya göndəriləcək və sosial paketin qüvvədə qalması şərti ilə onlara əmək haqlarının 2/3 hissəsi ödəniləcək", - deyə "Baltika-Bakı"dan bildirilib.

Qeyd edək ki, Xırdalan şəhərində yerləşən pivə zavodunun illik istehsal gücü 10 mln. dekalitr təşkil edir. "Baltika-Bakı"da təqribən 250 əməkdaş çalışır və təxminən 400 nəfər (distribütor, agentliklər və podradçılar) iş prosesinə cəlb olunub. Zavodun inkişafına yatırılan ümumi məbləğ 47 mln. manatdan çoxdur, illik vergi ödəmələri isə təqribən 20 mln. manat təşkil edir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol