İdxal məhsulları bahalaşıb

İyun ayında idxal olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 0,1%, MDB ölkələrindən idxal olunan məhsulların qiymətləri 0,8% yüksəlib, digər ölkələrdən idxal olunan məhsulların qiymətləri 0,1% azalıb.
Bu barədə Oxu.Az-ın Dövlət Statistika Komitəsinin açıqladığı idxal və ixrac olunan məhsulların qiymət indekslərinə istinadən xəbər verir.
İyun ayında ixrac olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 2,1%, digər ölkələrə ixrac olunan məhsulların qiymətləri 2,6% artıb, MDB ölkələrinə ixrac olunan məhsulların qiymətləri isə 0,6% ucuzlaşıb.
Qeyd edək ki, iyunda may ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,5%, o cümlədən, ərzaq məhsullarının qiymətləri 1,3% azalıb, qeyri-ərzaq məhsulları 0,3% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























