Sentyabrda IMF-in missiyası Azərbaycana gələcək

Bunu IMF-in Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi bildirib
Sentyabrın 9-da Beynəlxalq Valyuta Fondunun (IMF) Direktorlar Şurasının üzvləri Azərbaycana səfər edəcək.
Bu barədə "Report”a IMF-in Azərbaycanın daxil olduğu ölkələr qrupunun icraçı direktoru və Azərbaycan üzrə missiyanın rəhbəri Məhəmməd əl-Qorçi məlumat verib: "Səfər zamanı missiya bir sıra görüşlər keçirəcək".
IMF rəsmisi həmçinin özünün Azərbaycana səfərinin planlaşdırılmadığını söyləyib.
"Oktyabrın 8-9-da Vaşınqtonda (ABŞ) IMF-Dünya Bankının birgə illik toplantısı keçiriləcək. Ondan sonra isə mənim Azərbaycana səfərimin məsələsinə baxacağıq”, - deyə M.əl-Qorçi deyib.
O, həmçinin IMF-in Azərbaycanla bağlı hər hansı yeni layihənin maliyyələşməsini planlaşdırmadığını da qeyd edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























