• $
  • €
  • ₽
  • ₺
  • £

Bank of Baku-nun Korporativ Müştərilərinə İnternet Bankçılıq xidməti PULSUZ!

Bank of Baku-nun Korporativ Müştərilərinə İnternet Bankçılıq xidməti PULSUZ!
02.09.2016 11:22
Bank of Baku, fiziki şəxslərlə yanaşı, internet bankçılıq xidmətinə yeni qoşulmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar üçün də xidmətdən istifadəni PULSUZ etdi.

Belə ki, 01 sentyabr – 30 dekabr 2016-cı il tarixləri arasında keçirilən kampaniya çərçivəsində, internet bankçılığa qoşulmaq üçün Banka müraciət edəcək korporativ müştərilər illik xidmət haqqından azad olunmaqla xidmətdən istifadəni aktiv edə bilərlər.

Həm hüquqi, həm də fiziki şəxslər İnternet Bankçılıq xidmətinə aşağıdakı 2 üsul vasitəsilə qoşula bilərlər:

* Bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, əməkdaşlıq müqaviləsini imzalamaqla;

* 145 Məlumat Mərkəzinə zəng edərək, identifikasiya üçün tələb olunan məlumatları – soyad, ad və ata adı, Bankda qeydiyyata alınan mobil nömrə, Şəxsiyyət vəsiqəsinin PIN kodu və kart və ya hər hansı hesab nömrəsini qeyd etməklə xidmətə qoşulmaq olar.

Bəs İnternet Bankçılıq xidmətindən istifadə korporativ müştərilərə hansı əsas üstünlükləri qazandırır:

* Olduğu məkandan asılı olmayaraq 7/24 rejimində hesablara nəzarət edilməsi;

* Asan imza təsdiqi ilə bankdaxili və bankxarici pul köçürmələrinin heç bir limit olmadan daha sərfəli şərtlərlə həyata keçirilməsi – Bank of Baku-da olan öz şəxsi hesabları və ya digər şəxslərin hesabına köçürmələr pulsuz, ölkədaxili başqa banklarda olan şəxsi və ya digər şəxslərin hesabına köçürmələr isə offlayn rejimlə müqayisədə 50% daha ucuz;

* Bank xidmətlərindən növbə gözləmədən, əlavə vaxt itirmədən günün istənilən saatı faydalanmaq imkanı;

* Konvertasiya əməliyyatlarının icrası;

* Hesablar üzrə əməliyyatların və pul dövriyəsi tarixçəsinin izlənilməsi, kartdan-karta pul köçürmələrinin edilməsi, əmanət məbləğinin artırılması, yeni kredit sifarişinin verilməsi və s.

Korporativ müştərilərin istək və tələblərini nəzərə alaraq xidmət və məhsullarını daim yeniləyən Bank of Baku-nun sahibkarlar və hüquqi şəxslər üçün geniş çeşiddə təqdim etdiyi bu və digər korporativ bankçılıq xidmətləri haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

Daha ətraflı:

145 məlumat mərkəzi
 www.bankofbaku.com
 www.facebook.com/bankofbaku

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol