• $
  • €
  • ₽
  • ₺
  • £

“Vergi mədəniyyətinin formalaşmasında medianın rolu” mövzusunda dəyirmi masa

“Vergi mədəniyyətinin formalaşmasında medianın rolu” mövzusunda dəyirmi masa
09.09.2016 12:35
Sentyabrın 8-də "Vergilər” qəzetinin təşəbbüsü ilə Vergilər Nazirliyində "Vergi mədəniyyətinin formalaşmasında medianın rolu” mövzusunda Dəyirmi Masa keçirilib. 

ANN.Az xəbər verir ki, dəyirmi Masada Vergilər Nazirliyinin struktur vahidlərinin  rəhbər vəzifəli şəxsləri, kütləvi informasiya vasitələrinin və jurnalistlərin ictimai birliklərinin  nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən "Vergilər” qəzetinin baş redaktoru Anar Əliyev kütləvi informasiya vasitələrinin vergi təbliğatında mühüm rolu olduğunu qeyd edərək, Vergilər Nazirliyinin KİV ilə əlaqələrə xüsusi önəm verdiyini bildirib.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli internet medianın və sosial şəbəkələr sisteminin inkişafı sayəsində informasiya axınının əhəmiyyətli şəkildə çoxaldığını qeyd edib və məlumatların alınması isə bağlı çətinlik olmasa da, qanunvericiliyə edilmiş dəyişikliklərin şərhi, onların interaktiv şəkildə cəmiyyətə çatıdırılmasının vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən Vergilər Nazirliyinin struktur vahidlərinin rəhbər vəzifəli şəxsləri vergi sistemində aparılan işlər, həyata keçirilən layihələr barədə Dəyirmi Masa iştirakçılarına ətraflı məlumat veriblər.

"Fins.az” informasiya agentliyinin rəhbəri Əli Əhmədov və "Trend.az” informasiya agentliyinin redaktoru İlahə Məmmədli məlumatların cəmiyyətə çatdırılmasında yeni innovativ metodların tətbiqi, medianın məlumatların əldə edilməsi prosesinin daha da asanlaşdırılması üçün atıla biləcək addımlar barədə danışıblar.

Tədbirdə vergi mədəniyyətinin formalaşması, Vergilər Nazirliyi ilə KİV arasında əlaqələrin daha da dərinləşdirilməsi, vergi təbliğatının qurulması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol