• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda işləyən xaricilərin sayı artır

Azərbaycanda işləyən xaricilərin sayı artır
16.09.2016 16:35
Ölkəmizin mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınması prosesi davam etdirilir. Bu ilin avqust ayında əlavə olaraq 305 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb.
 
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sistemin əhatə etdiyi xarici ölkə vətəndaşlarının sayı cari ilin 1 sentyabr tarixinə olan statistikaya əsasən 32 836 nəfər təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,5% çoxdur. Sistemdə qeydiyyata alınmış əcnəbilərin 88,4%-i kişilər, qalanları qadınlardır.
 
Fərdi şəxsi hesabı olan əcnəbilər ümumilikdə 120 ölkəni təmsil edirlər. Onların sırasında say çoxluğuna görə əvvəllərdə olduğu kimi, yenə də ilk yerləri Türkiyə (15 257 nəfər), Gürcüstan (3 209 nəfər) Rusiya (1 880) vətəndaşları tutur.
 
Sistemdə Özbəkistan (1752 nəfər), Hindistan (1382 nəfər), İran (1032 nəfər), Çin (909 nəfər), Banqladeş (798 nəfər), Pakistan (690 nəfər), Böyük Britaniya və Şimali İrlandiya (642 nəfər), Ukrayna (539 nəfər), Türkmənistan (315 nəfər), Filippin (293 nəfər), ABŞ (283 nəfər), Almaniya (266 nəfər), Qazaxıstan (250 nəfər), İtaliya (213 nəfər) və s. ölkələrin vətəndaşları da qeydiyyatdadır.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol