• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell rebrendinq olunmuş korporativ təkliflər portfelini təqdim edir

Bakcell rebrendinq olunmuş korporativ təkliflər portfelini təqdim edir
19.09.2016 20:21
"Bakcell Business” abunəçiləri tamamilə yeni yanaşmadan və daha səmərəli biznes yönümlü həllərdən faydalanacaqlar

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə korporativ seqmenti əhatə edən məhsul və xidmət təklifləri portfelinin rebrendinq edildiyini elan edir. Şirkət korporativ seqmentdən olan müştəriləri üçün təklif etdiyi məhsul və xidmətlərinin təkmilləşdirilməsini və genişləndirilməsini öz qarşısına məqsəd qoyaraq, korporativ müştəriləri üçün keyfiyyətli mobil rabitə xidmətləri ilə yanaşı, biznes yönümlü innovativ həllərin təmin edilməsi üzərində işləyir. Yeni dəyişikliklərlə yanaşı, şirkətin korporativ müştərilər üçün məhsul və xidmət təklifləri portfelinin adı "Gold”dan "Bakcell Business” adına dəyişdirilib.

"Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olmaqla biz ölkədə ümumi bazar konyunkturasını mütəmadi qaydada monitorinq edirik. Bu, şirkətimizin fəaliyyətinin daha çevik olmasına, ölçülərindən və fəaliyyət sahələrindən asılı olmayaraq, bütün müəssisə və təsərrüfat subyektlərinin tələbatlarını ən optimal şəkildə təmin etməyimizə çox kömək edir. Azərbaycanda ümumi biznes mühitini, xüsusilə kiçik və orta biznes sektorlarının potensialını nəzərə alaraq, biz bu sektorları əvvəllər heç vaxt olmadığı qədər dəstəkləyəcək olduqca rəqabətədavamlı və yenilikçi həllər işləyib hazırlayırıq”, - deyə Bakcell şirkətinin Baş icraçı direktoru cənab Nikolai Bekers bildirib. "İstəyirik ki, hər bir müştərimiz onun ehtiyacının qayğısına qaldığımızı və onun biznesinə dəstək göstərməyə həmişə hazır olduğumuzu bilsin”,- deyə cənab Bekers əlavə edib.

Rebrendinq çərçivəsində "Bakcell Business” portfelinə həsr olunmuş yeni internet səhifəsi istifadəyə verilib. İndi Bakcell şirkətinin mövcud və

potensial müştəriləri öz biznesləri üçün faydalı təkliflər haqqında məlumatı bu keçiddən istifadə edərək əldə edə bilərlər: business.bakcell.com/

Bakcell şirkətinin xüsusi olaraq bütün ölkə ərazisində müxtəlif sənaye sahələrində fəaliyyət göstərən 1800-dən çox müəssisə və təşkilatın ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulmuş korporativ tariflərindən hal-hazırda 1,7 milyondan artıq abunəçi faydalanmaqdadır. Şirkətin peşəkar nümayəndələri mobil rabitənin hər bir aspekti üzrə şirkətlərə, yerli hökümət orqanlarına və təşkilatlara həftənin 7 günü, 24 saat ərzində dəstəyin göstərilməsini təmin edirlər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol