• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Suveren və Pensiya Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masanın iclası keçirilir

Bakıda Suveren və Pensiya Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masanın iclası keçirilir
21.09.2016 19:23
20-21 sentyabr tarixlərində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) təşkilatçılığı ilə Bakıda Suveren və Pensiya Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masanın (CROSAPF) 3-cü illik iclası keçirilir. 

Aparıcı suveren və pensiya fondlarının, eləcə də investisiya idarəetmə şirkətlərinin təmsilçiləri Bakıda toplanaraq maliyyə bazarlarında mövcud qlobal imkanları və çağırışları, eləcə də investorlar arasında əməkdaşlığı inkişaf etdirmək yollarını müzakirə edirlər. Tədbirdə müxtəlif ölkələrdən 60 təşkilatı təmsil edən 100-dək nümayəndə iştirak edir. İştirakçılar arasında dövlət maliyyə qurumları – "CDC  International Capital” (Fransa), Dubay İnvestisiya Korporasiyası (Birləşmiş Ərəb Əmirlikləri), Dövlət İnvetisiya Fondu (Səudiyyə Ərəbistanı), Hindistan Milli İnvestisiya və İnfrastruktur Fondu, Hollandiya Pensiya Fondu (APG), İpək Yolu Fondu (Çin), İthmar Kapital (əvvəlki Mərakeş Turizm İnkişaf Fondu), Koreya İdxal-İxrac Bankı, Koreya İnvestisiya Korporasiyası, Qətər İnvestisiya Qurumu, Qazaxıstan Milli Bankının Milli İnvestisiya Korporasiyası, Nigeriya Suveren İnvestisiya Fondu, Rusiya Birbaşa İnvestisiya Fondu, Rusiya-Çin İnvestisiya Fondu, "Samruk-Kazyna” (Qazaxıstan), beynəlxalq maliyyə qurumları – Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Dünya Bankı, dünyanın qabaqcıl özəl maliyyə qurumları – "Carlyle Group” (ABŞ), "Citigroup” (ABŞ), Keppel Korporasiyası (Sinqapur), Neuberger Berman (ABŞ) və "Partners Group”un (ABŞ) nümayəndələri vardır. 

Koreya İnvestisiya Korporasiyası tərəfindən 2014-cü ildə yaradılmış CROSAPF müxtəlif ölkələrdən olan investorlar, vəsaitləri idarə edən şirkətlər və beynəlxalq maliyyə institutları arasında birgə investisiya və əməkdaşlığı  nəzərdə tutan platformadır. 2016-cı il Sammitində  makroiqtisadi və siyasi mühit, birgə investisiyalar sahəsində əməkdaşlıq, inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarında investisiya imkanları, həmçinin "Bir kəmər, Bir yol” layihəsinin maliyyələşdirilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.

2017 və 2018-ci il CROSAPF-ın illik sammitləri müvafiq olaraq Dubay İnvestiya Korporasiyasının təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində və İthmar Kapitalın təşkilatçılığı ilə Mərakeş Krallığının Mərakeş şəhərində keçiriləcəkdir.




www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol