• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni “iPhone 7”-nin maya dəyəri məlum oldu

Yeni “iPhone 7”-nin maya dəyəri məlum oldu
22.09.2016 16:05
Sentyabrın 21-də "İHS İnc” şirkətinin mütəxəssisləri "iPhone 7” smartfonunu ehtiyat hissələrinə ayırıblar və onun əsl qiymətini hesablayıblar.

İKT.lent.az-ın "vladtime.ru” saytına istinadən məlumatına görə, smartfonun qiyməti təxminən 225 dollar təşkil edib.

İxtisaslaşdırılmış mənbənin məlumatına görə, 32 Gb yaddaşa malik "iPhone 7”-nin ümumi dəyəri ehtiyat hissələrə ayrılan zaman cəmi 226,2 dollar təşkil edib. "Alma” telefonlarının yeni "iPhone 7” və "7 Plus” modelləri Rusiyada sentyabrın 23-də diler mərkəzlərində satışa çıxarılacaq.

"İHS İnc” mütəxəssislərinin məlumatlarına görə, "iPhone 7”-nin hissələrinin qiyməti 202,8 dollar olub. Cihazın qiymətinə həmçinin yığılma və cihaz üçün proqram istehsalı xərcləri də daxildir. Əlavə xərclərə isə reklam, qutu halına salınması və diler mərkəzlərinə çatdırılması xərcləri də daxildir. Modeli tirajlara bölsək, o zaman hər telefonun üstünə gələn əlavə pul 24 dollar təşkil edəcək. 

Bundan öncə "Apple” şirkətinin rəhbərliyi bildirib ki, hələlik yeni "iPhone 7”-nin qiymətinin dəyərləndirilməsinin aparılması barədə düşünmür.

Hazırda 32 Gb yaddaşlı smartfon versiyasının qiyməti 775 dollardır. "iPhone 7 Plus” modeli isə alıcıya 1 163 dollardan yuxarı başa gələcək. Bu il şirkət bildirib ki, onların mobil telefonlarının satışı 2015-ci ildəki gəlirin 66 faizini təşkil edib.  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol