• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana yeni pambıqyığan kombaynlar gətiriləcək

Azərbaycana yeni pambıqyığan kombaynlar gətiriləcək
24.09.2016 19:05
Sabirabad rayonunda pambıqçılıqda istifadə edilən yeni kənd təsərrüfatı texnikalarının təqdimat mərasimi keçirilib. 

"Report” Kənd Təsrrüfatı Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə nazir Heydər Əsədov, müvafiq qurumların rəhbər şəxsləri və əməkdaşları, pambıqçı fermerlər, alimlər, kənd təsərrüfatı mütəxəssisləri iştirak edib.

Sentyabrın 22-də dövlət başçısının pambıqçılıqla bağlı imzaladığı yeni sərəncam barədə məlumat verən H.Əsədov bildirib ki, bu sərəncam ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən birinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, pambıqçılığın potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Nazir vurğulayıb ki, artıq subsidiyalar əkin sahəsinə görə deyil, əldə olunan məhsula görə veriləcək ki, bu da son nəticədə məhsuldarlığın artmasına səbəb olacaq.

Eyni zamanda nazir "Aqrolizinq” ASC-nin xətti ilə ölkəyə gətirilən yeni texnika və məhsuldarlığın artırılması məqsədilə tətbiq olunan mütərəqqi texnologiya barədə məlumat verib: "Pambıqçılıqda istifadə edilməsi məqsədilə 1591 ədəd kənd təsərrüfatı texnikası gətirilib. Bu proses davam etdiriləcək. Oktyabr ayının 15-nə kimi Azərbaycana yeni pambıqyığan kombaynlar gətirilərək fermerlərin istifadəsinə veriləcək. Bu kombaynlar əsasən "John Deere” şirkətinin istehsal etdiyi ən müasir texnikalardır. Pambıq toxumçuluğuelmi əsaslarla yenidən qurulmalı, bu sahəyə diqqətartırılmalıdır”.

Sonra rayonun Xəlifəli kəndində pambıq sahələrinə baxış keçirilib, yeni alınan kombaynların yığım prosesi ilə tanış olub.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol