• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatlar Mərkəzi Banka etiraz etdi

Deputatlar Mərkəzi Banka etiraz etdi
28.09.2016 20:01
"Mərkəzi Bank haqqında” qanuna və digər qanunlara dəyişikliklər maliyyə bazarında ciddi problemlər yaradır.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, Mərkəzi Bank manat kütləsini azaltmaqla inflyasiyanı cilovlamaq istəyir, Maliyyə Nazirliyi isə büdcədə kəsirin olmamasına çalışır: 

"Maliyyə Bazarlarına Nəzarət Palatası banklarda problemin olmamasını istəyir. Palata banklarda sağlamlaşdırmaya nail olmaq üçün kredit verilməməsinə çalışır. Bütün bunlar çox ciddi problemlər yaradır. Aidiyyatı qurumlar ölkədə maliyyə-iqtisadi sabitliyin təmin olunmasına xidmət göstərən tədbirlər görməlidir”.

Digər millət vəkili İlham Əliyev isə bildirib ki, maliyyə bazarındakı problemlər Mərkəzi Bankın fəaliyyəti ilə bağlıdır: 

"İndi bankların fəaliyyətinə nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətində olsa da buna qədər Mərkəzi Bank bankların fəaliyyətinə nəzarət edirdi. Lisenziyası ləğv olunan banklarda problemin yaranacağını əvvəlcədən müəyyənləşdirmək olmazdı? Məsələn, "Texnikabank”ın fəaliyyəti bərpa edildi. İnsanlar bura əmanət yatırmağa başladılar. Sonradan bankın lisenziyası ləğv olundu. Mən bu məsələyə ona görə toxunuram ki, insanlar bundan çox əziyyət çəkir”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol