Bakı sakinlərinə XOŞ XƏBƏR

Artıq paytaxtın bir neçə dayanacağında məlumat lövhələri quraşdırılıb.
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarovanın ATV.az-a verdiyi məlumata görə, sərnişinlər həm dayanacaqlardakı elektron lövhələrdən, həm də statik lövhələrdən istifadə edə biləcəklər:
"Suallar verilir ki, elektron lövhələr yığışdırılacaq?. Yığışdırılmayacaq. Statik lövhələr məhz hava şəraitindən asılı olaraq və ya hər hansı kabel zədələnərsə elektron lövhələrdə yarana biləcək nasazlıq zamanı sərnişinlərin məlumat almasını təmin edə biləcək. Eyni zamanda, elektron tablolardan istifadədə çətinlik çəkən yaşlı nəslin nümayəndələrini də nəzərə almaq lazımdır”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























