• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Şəhər Halqası idman jurnalistləri ilə görüş keçirdi

Bakı Şəhər Halqası idman jurnalistləri ilə görüş keçirdi
29.05.2020 04:34
Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bir qrup yerli idman jurnalisti ilə görüş keçirib.

Görüşün keçirilməsində məqsəd bu il Azərbaycanda ilk dəfə keçirilmiş Formula 1 yarışının nəticələri və növbəti il üçün hazırlıqlara dair fikir mübadiləsi aparmaqdır.

Görüş zamanı qeyd olunub ki, son illər ərzində ölkədə idman, turizm və mədəniyyət sahəsində aparılan böyük islahatlar iri miqyaslı beynəlxalq yarışların və tədbirlərin həyata keçirilməsi üçün əlverişli mühit yaradıb.

Bunun təbii nəticəsi olaraq bu ilin yayında uğurla baş tutmuş Avropa Qran Prisi Formula 1 tarixində yeni səhifə açmaqla yanaşı həm də Azərbaycanın, xüsusən də paytaxt Bakı şəhərinin bütün dünyada yarış həvəskarları tərəfindən daha yaxından tanınmasına öz töhfəsini verib.

Belə ki, yarışı izləmək üçün xarici ölkələrdən Azərbaycana minlərlə turist səfər edib və ümumilikdə milyonlarla televiziya tamaşaçısı yarışı canlı olaraq izləyib.

Bakı Şəhər Halqasında keçirilmiş Avropa Qran Prisi zamanı 2016-cı il Formula 1 mövsümündə şəhər trekləri arasında ən yüksək sürət qeydə alınıb. "Williams” komandasının pilotu Valteri Bottas trekin 2,2 km olan dənizkənarı hissəsində 366 km/saat sürətlə hərəkət edərək Bakı Şəhər Halqasında keçirilən ilk yarışda ən yüksək sürəti reallaşdırıb.

Bununla yanaşı 2016 Avropa Qran Prisində başqa bir rekord da əldə olunub. "Williams” komandası 1,92 saniyədə pit-stop əməliyyatını həyata keçirməklə Formula 1 tarixində ən sürətli pit-stop edən komanda adına yiyələnib.

Görüş zamanı çıxış edən Nigar Arpadarai növbəti il üçün artıq hazırlıqlara start verildiyini bildirib: "Ötən yay Formula 1-in Bakıya gəlişi ‘Odlar Ölkəsində, Sürət Zirvəsində’ devizi ilə baş tutdu və yarış devizə uyğun olaraq reallaşdı. Belə ki, Azərbaycanda ilk dəfə keçirilən Avropa Qran Prisi zamanı digər şəhər trekləri ilə müqayisədə Bakı Şəhər Halqasında ən yüksək sürət qeydə alındı və həmçinin bu yarış zamanı Formula 1 tarixində ən sürətli pit-stop əməliyyatı həyata keçirildi. Ölkəmizdə ilk dəfə keçirilən Formula 1 yarışını Avropa Qran Prisi adlandırmaqda məqsədimiz Bakı yarışını bu idmanın ənənəvi mərkəzi və azarkeşləri ilə yaxınlaşdırmaq və eyni zamanda Bakı şəhərinin sahib olduğu bir çox Avropa dəyərlərini daha geniş beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Milyonlarla qlobal azarkeşin qarşısında paytaxtımızda ilk dəfə Formula 1 yarışını uğurla keçirdikdən sonra biz hesab edirik ki, bu yarışın adını artıq öz ölkəmiz ilə əlaqələndirməyin tam vaxtıdır. İnanırıq ki, növbəti ildən etibarən Bakıda keçiriləcək yarış Formula 1 Azərbaycan Qran Prisi (Formula 1 Azerbaijan Grand Prix) adlandırılacaq. Biz 2017-ci ildə Bakı Şəhər Halqasında keçiriləcək növbəti Formula 1 yarışını birlikdə qeyd etmək və yarış coşğusunu yaşamaq üçün sizinlə yenidən işləməyi səbrsizliklə gözləyirik.”

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol