• $
  • €
  • ₽
  • ₺
  • £

Kredit faizləri aşağı salınacaq - Azərbaycanda

Kredit faizləri aşağı salınacaq - Azərbaycanda
04.10.2016 12:10
Xəbər verdiyimiz kimi, Azərbaycanda kredit büroları yaradılacaq.

 Bu barədə "Kredit büroları haqqında" qanun layihəsində nəzərdə tutulub. Milli Məclisin ilk plenar iclasında layihə müzakirəyə çıxarılıb. Bildirilib ki, problemli kreditlərin həcminin artmaması və maliyyə-kredit sistemində dayanıqlığın təmin olunması üçün kredit bürolarının yaradılmasına ehtiyac var.

Kredit bürolarının yaradılması bankların risklərini azaldacaq. Adıçəkilən qanun layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Kredit bürolarının yaradılması maliyyə sektoruna necə təsir edəcək?

Milli.Az bildirir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili azvision.az-a deyib ki, Azərbaycanda kredit bürolarının yaradılması kredit faizlərinin aşağı düşməsinə səbəb olacaq. 

Deputat vurğulayıb ki, dünyanın əksər ölkələrində kreditorlar kredit büroları vasitəsilə borc alanların ödəmə qabiliyyəti haqda informasiya əldə edir və mübadilə aparırlar: "Buna zərurət Maliyyə bazarlarında asimmetrik (düzgün olmayan) informasiya problemlərini araşdıran çoxsaylı iqtisadçılar tərəfindən sübut olunub. Asimmetrik informasiya problemi maliyyə bazarlarında kredit faizlərinin qalxmasına, kredit resurslarının effektiv bölüşdürülməməsinə gətirib çıxardır. Asimmetrik informasiya problemi digər mühüm bir problemi - Əlverişsiz Seçim problemini yaradır. 

Yəni, banklar, demək olar ki, hər kəsə eyni kredit faizi tətbiq edir. Bu problemlərin hamısı Azərbaycanın kredit bazarında müşahidə olunmaqdadır. Kredit faizləri yüksək, bankların kredit resursları qeyri-effektiv bölüşdürülüb, sağlam və qeyri-sağlam kredit sahiblərinə eyni şərtlər tətbiq olunub". 

Deputatın fikrincə, dünya iqtisadçıları belə bir qənaətə gəliblər ki, iqtisadiyyatın effektiv inkişafı informasiya açıqlığı və şəffaflığı olmadan mümkün deyil: "Bunu İtaliyada yerləşən İqtisadiyyat və maliyyə sahəsində tədqiqatlar mərkəzinin (Center for Studies in Economics and Finance) apardığı tədqiqatlar bir daha sübut edir. Kreditləşmənin həcmini və effektivliyinin xarakterizə edən bir çox göstəriciləri seçərək və onları 40 ölkə üzrə qruplaşdıraraq mərkəzin mütəxəssisləri çox maraqlı məlumatlar əldə ediblər. Tədqiqatlar göstərir ki, informasiya mübadiləsinin olmadığı ölkələrdə bank kreditlərinin ÜDM-ə nisbəti 31% i keçmir. İnformasiya mübadiləsinin mövcud olduğu ölkələrdə isə bank kreditlərin ÜDM-in 67%-nə qədər yüksəlir. İnformasiya mübadiləsinin açıq olmadığı ölkələrdə kredit riskləri 15%, kredit itkiləri isə ümümi kredit həcminin 1.31% ni təşkil edir. 

Tam tərsinə, informasiya mübadiləsinin açıq olduğu ölkələrdə isə bu rəqəmlər müvafiq olaraq 5% və 0. Müəyyən edilib ki, kredit bürolarının səmərəli fəaliyyəti bank kreditlərinin ÜDM-ə nisbətdə 20%-ə qədər artımını təmin edir. Bundan başqa Kredit riskinin səviyyəsi xeyli azalır, ümumi kreditləşməyə nisbətdə mümkün itkilərin payı azalır". 

T.Mirkişili vurğulayıb ki, maliyyə bazarlarında informasiyanın əlçatanlıq səviyyəsinin arıtırılması kreditləşmənin effektivliyinə müsbət təsir edir: "Bu da nəticədə, ÜDM-in və əmək məhsuldarlığının artımına səbəb olur. Bu baxımdan Azərbaycanda da kredit bürolarının yaradılması kredit faizlərinin aşağı düşməsinə, effektiv kreditləşməyə və dolayısı ilə də iqtisadiyyatda kreditləşmənin həcminin artmasına gətirib çıxardacaq".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol