• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 18 min hektar torpağın icarə müqaviləsi ləğv olundu

Azərbaycanda 18 min hektar torpağın icarə müqaviləsi ləğv olundu
07.10.2016 16:24
Oktyabrın 7-də Abşeron rayonu və Bakı şəhərində torpaqların qanunazidd istifadəsi, heç bir sənəd olmadan özbaşına zəbti və hasarlanması ilə bağlı reyd və monitorinqlər keçirilib.
 
Əmlak Məsələləri Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, reydlər zamanı Abşeron rayonunun Qobu və Saray qəsəbələrində keçirilən reydlər zamanı ümumilikdə 7 hektardan çox əkin və örüş torpaqlarında müxtəlif təyinatlı tikinti işlərinin aparılması halları müəyyən edilib. Məlum olub ki, Qobuda fiziki şəxslər tərəfindən belə torpaqlarda yaşayış kompleksi, beton zavodu və anbar tikilib. Saray qəsəbəsində isə örüş sahəsində fiziki şəxs tərəfindən avtoservis binasının tikintisi aparılıb.
 
Digər pozuntu faktlarına isə Bakının Xəzər rayonunda rast gəlinib. Zirə, Türkan qəsəbələrində kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının kobudcasına dəyişdirilməsi faktı aşkar edilib. Belə ki, ümumilikdə 100 hektara yaxın örüş sahəsində müxtəlif fiziki və hüquqi şəxslərin tikdiyi daş karxanaları müəyyən olunub. Üstəlik 100 hektar torpaq sahəsinin hamısının sənədləşdirilmədiyi, heç bir sənəd olmadan 40 hektar sahənin özbaşına zəbt olunması faktı da aşkarlanıb.
 
Oxşar monitorinqlərin Xəzər dənizinin mühafizə zolaqlarında aparılması nəticəsində isə Hövsan və Türkan qəsəbələrinin dəniz sahili zonalarında özbaşına hasarlamalar və sahilə gediş-gəlişin məhdudlaşdırılması aşkar edilib.
 
Qeyd edək ki, görülən tədbirlər nəticəsində komitə tərəfindən respublikanın 8 rayonu üzrə icarədə olan lakin istifadəsiz saxlanmış 18 min hektar torpaq sahəsinin icarə müqaviləsinə xitam verilməsi və dövlət mülkiyyətinə geri qaytarılması təmin edilib. İcarədə olan torpaq sahələrinin səmərəsiz istifadə olunması və ya tamamilə istifadəsiz saxlanması ilə bağlı 18 rayon üzrə 23 min hektar torpaq sahəsinin icarə müqavilələrinə xitam verilməsi istiqamətində isə hazırda işlər aparılır.
 
Bütün bu hallarla bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə akt və protokollar tərtib olunaraq pozuntulara yol vermiş fiziki və vəzifəli şəxslərə təqdim olunub. Vətəndaşlara hüquq və vəzifələri, eləcə də torpaq qanunvericiliyi və mühafizə zolaqları ilə bağlı tələblər izah olunub. Tətbiq olunmuş cərimələrin 30 gün müddətində büdcəyə ödənişinin məcburiliyi, əks halda qanuna uyğun tədbirlərin görüləcəyi, habelə qərardan 10 gün ərzində şikayət vermək hüququ bildirilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol