Sürücülük imtahanının qiyməti artırılır?

Tarif (qiymət) Şurası tərəfindən dövlət qulluğuna qəbulun test imtahanında iştirak üçün ödənişin məbləğini müəyyənləşdirməklə bağlı müvafiq işlər görülür.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev APA-ya bildirib ki, artıq müvafiq məlumatların alınması üçün Tarif (qiymət) Şurası Dövlət İmtahan Mərkəzinə (DİM) müraciət edib.
O qeyd edib ki, məlumatlar Tarif (qiymət) Şurasına daxil olduqdan sonra təhlillər və araşdırmalar aparılacaq: "Aparılan araşdırma və təhlillərin nəticəsi olaraq bu məsələ Tarif (qiymət) Şurasının gündəliyinə daxil ediləcək”.
Qeyd edək ki, "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərmana əsasən, dövlət qulluğuna qəbulla bağlı test imtahanında iştirak üçün ödənişin məbləği Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















