• $
  • €
  • ₽
  • ₺
  • £

Avro/dollar məzənnəsi psixoloji həddi keçdi

Avro/dollar məzənnəsi psixoloji həddi keçdi
29.05.2020 09:46
Dolların avro ilə müqayisədə məzənnəsi kritik səviyyə sayılan 1,10 USD/EUR həddindən aşağı enib. 

"Report" xəbər verir ki, dolların möhkəmlənməsinə səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FES) dünən keçirdiyi iclasda yaxın gələcəkdə uçot dərəcəsinin artırıla biləcəyi barədə bəyənatları olub. Belə ki, ABŞ-da əmək bazarının güclənməsi və inflyasiyanın artmağa davam etməsi fonunda FES-in ilin sonuna qədər faizləri artırması gözlənilir. Bu xəbər dolların qlobal valyuta bazarında möhkəmlənməsinə səbəb olub. Nəticədə, məzənnə kritik hədd sayılan 1,10 USD/EUR səviyyəsindən aşağı enib. 

Dollar, həmçinin Britaniya funtu, Rusiya rublu, Türkiyə lirəsi, Çin yuanı ilə müqayisədə də möhkəmlənib və müvafiq olaraq 1,2160 USD/GBP, 63,40 RUB/USD, 3,11 TRY/USD və 6,73 CNY/USD-yə çatıb.

"Report"un analitik qrupu dolların məzənnəsinin getdikcə möhkəmlənəcəyini, əsas valyuta cütlüyü sayılan USD/EUR məzənnəsinin 1,08-ə kimi, ilin sonuna isə paritetə qədər enəcəyini proqnozlaşdırır. Dolların möhkəmlənməsi prosesinin əmtəə qiymətlərini də aşağı salacağı ehtimal edilir. Neftin qiymətinin isə 40-45 dollar/barel, qızılın isə 1 150 dollar/unsiyaya qədər azalması gözlənilir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol