Azərbaycanda bu yol bağlandı - Qaya parçası düşdü

Qubada yola iri qaya parçası düşüb.
ANN.Az "ARB Şimal"a istinadən xəbər verir ki, Quba-Xınalıq yolunun 23-cü km-nə iri qaya parçası düşüb. Yolda avtomobillərin hərəkəti məhdudlaşıb.
Hazırda qaya parçasının götürülməsi üçün əraziyə "Azəravtoyol” ASC-nin 5 saylı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yolda avtomobillərin hərəkətinin təmin olunması üçün işlər aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























