• $
  • €
  • ₽
  • ₺
  • £

Daha 78 dövlət əmlakı hərraca çıxarıldı - AZƏRBAYCANDA

Daha 78 dövlət əmlakı hərraca çıxarıldı - AZƏRBAYCANDA
24.10.2016 09:48
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı noyabrın 22-də növbəti açıq hərrac keçirəcək.
 
Komitədən "Report"a verilən məlumata görə, hərraca ümumilikdə 78 dövlət əmlakı çıxarılıb.

Həmin əmlaklardan 26-sı özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45%-ni təşkil edən ASC-lərdir. Bunların arasında məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s. sahələrə aid müəssisələr var. Söhbət "Ağdaş Quşçuluq”, "Şamaxı Dəmir Beton”, "Qarabağ Pambıq”, "Zaqatala Fındıq”, "İsmayıllı Sənaye İstehsal”, "Material Təchizat”, "Saatlı Broyler”, "Bərdə Tikinti Quraşdırma” və digər bu kimi müəssisələrdən gedir. Onların hərraca çıxarılmış bir səhminin nominal dəyəri 0,5-2 manat arasında dəyişir.

Bundan başqa, 36 kiçik dövlət müəssisəsi və obyekti də hərraca çıxarılıb. Bunların 20-si torpaq sahəsi ilə birlikdə investorlara təklif olunur. Bu zaman tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Belə əmlaklar Bakının Sabunçu, Xətai, Qaradağ, Xəzər, Pirallahı rayonlarında, Gəncə və Sumqayıt şəhərlərində, Oğuz və Xızı rayonlarında yerləşir. Onların arasında ilkin qiyməti 100 min manatlarla ölçülən xidmət, ictimai iaşə və nəqliyyat müəssisələri var.

Hərraca çıxarılmış digər 16 əmlak isə paytaxtda yerləşən, kiçik biznes üçün əlverişli qeyri-yaşayış sahələridir. Bu obyektlərin sahəsi 13 kv. metrdən 118 kv.metrə qədərdir.

Qeyd edək ki, ƏMDK sabah da hərrac keçirəcək. Bu hərracda 84 dövlət əmlakının özəlləşdirilməsi nəzərdə tutulub. 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol