İki marşrutun hərəkəti məhdudlaşdırıldı - BAKIDA

29 və 53 nömrəli marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, artıq 29 saylı avtobuslar "Memar Əcəmi" metro stansiyası və III mikrorayon dairəsi yaxınlığındakı dayanacaqlardan keçməyəcək.
53 saylı avtobuslar isə Dövlət Bayrağı Meydanından "Elmlər Akademiyası" metro stansiyasınadək hərəkət edəcək.
Bu marşrut üzrə avtobusların əvvəllər olduğu kimi Şərifzadə küçəsindən keçməklə, Alatava yaşayış sahəsinə gediş-gəlişi BNA tərəfindən qadağan edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























