• $
  • €
  • ₽
  • ₺
  • £

“Qara bazar”da dolların qiyməti

“Qara bazar”da dolların qiyməti
29.05.2020 09:12
Ölkədə yenidən dollar qıtlığı yaşanır.
 
"BakıPost.az”-ın araşdırması nəticəsində məlum olub ki, bankların əksəriyyəti dollar satışından ya imtina edir, ya da ki hazırda pulun olmadığını deyirlər.

Baş çəkdiyimiz banklardan yalnız birinin – "Amrahbank”ın əməkdaşı 400 dolların olduğunu dedi. Dollar satmayan banklardan birinin əməkdaşı deyir ki, bəzi şəxslər həftə ərzində bankdan külli miqdarda dollar alıb.

"Banka pul qoyan şəxslər manat ucuzlaşan kimi verdikləri dolları geri alırlar. Ona görə də həftənin sonuna dollar qalmır. Xüsusi adamlar var ki, gün ərzində 1000-2000 arası dollar alır. Bu səbəbdən həftə sonları qıtlıq yaranır”, - deyə bank əməkdaşı bildirib.

Bank əməkdaşları Azərbaycan Mərkəzi Bankının satdığı dolların üzərinə rəsmi olaraq 4% marja qoyduqlarını bildirdilər. 



Bankların əksəriyyətində dollar qıtlığı yaşansa da, "28 May” metrosunun ətrafındakı "qara bazarda” vəziyyət tamamilə fərqlidir. Metronun ətrafında bir neçə nəfər yol kənarında dollar satır.

Söhbətləşdiyimiz dollar alverçiləri bankların bağlı olmasından və dollar satmamasından heç də narahat deyillər. Qanunsuz dollar satanlardan biri deyir ki, banklardan aldıqları dolların üzərinə elə də çox faiz qoymurlar.



"Banklar hazırda 100 dolları 167 manata satırlar. Biz isə 170 manat 50 qəpiyə satırıq. 4 manat baha veririk. Alışı isə 168 manatdır. Məsələn, 500 dollar almaq istəyən 845 manat verməlidir”, - deyə dollar satanlardan biri bildirir. Hazırda dolların rəsmi məzənnəsi 1,6381-dir.

Metronun ətrafında bir necə yerdə belə qeyri-qanuni dollar "satışı məntəqələri” var. Amma rəsmi olaraq Azərbaycan ərazisində dolların banklardan və müvafiq qurumlar tərəfindən müəyyən olunmuş yerlərdən başqa ərazilərdə satışı qadağandır. Amma bu qadağaya əməl olunmur.
 
 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol