Azərbaycan bəzi məhsulları üç dəfə baha alır

"Dağıstanla Azərbaycan arasında kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı Nəqliyyat Loqistika Mərkəzinin yaradılmasına dair bir sıra sənədlər hazırlanıb”.
ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov deyib.
"Dağıstanda elə məhsullar istehsal olunur ki, Azərbaycan onları başqa ölkələrdən 3 dəfə baha alır. Ona görə də əməkdaşlıq üçün perspektivlər böyükdür.
Əməkdaşlığımız dövlətlərarası səviyyədə yaxşı inkişaf edir. Lakin regionlararası səviyyədə hələlik zəif işləyirik. Hər iki ölkədən regional nümayəndəliklərin sayı artmalıdır”, - deyə o vurğulayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























