• $
  • €
  • ₽
  • ₺
  • £

“Cahangir Hacıyev yüz milyonlarla vəsaiti ölkədən çıxarıb” – Baş Prokurorluq

“Cahangir Hacıyev yüz milyonlarla vəsaiti ölkədən çıxarıb” – Baş Prokurorluq
01.11.2016 20:52
Cahangir Hacıyev tərəfindən yüz milyonlarla vəsaitin ölkədən çıxarılaraq mənimsənilməsi ilə bağlı bəzi epizodlar üzrə geniş istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusuna cavab olaraq bildirib.
 
E.Sultanov xatırladıb ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev və digərlərinin Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi 19.07.2016-cı il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib, məhkəmənin 14.10.2016-cı il tarixli hökmü ilə C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 308.2, 309.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
 
O əlavə edib ki, hökmə əsasən C.Hacıyev 27.03.2001-ci il tarixdən 02.04.2015-ci il tarixə kimi "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi müddətdə mütəşəkkil dəstə yaradaraq öz qulluq mövqeyindən sui-istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını talamaqla vəzifə saxtakarlığı törədib və vəzifə səlahiyyətlərini aşaraq "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub.
 
E.Sultanov bildirib ki, Maliyyə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanun pozuntularına yol verilməsi barədə C.Hacıyev tərəfindən səsləndirilən ittihamların heç bir əsasının olmadığı müəyyən edilib.
 
Baş Prokurorluq rəsmisi əlavə olaraq qeyd edib ki, C.Hacıyev və qeyriləri tərəfindən Beynəlxalq Bankdan yüz milyonlarla dollar vəsait çoxpilləli köçürmələr vasitəsilə ayrı-ayrı xarici ölkələrdə bilavasitə özlərinin yaratdığı fərqli adlar altında olan hüquqi şəxslərə ötürülərək banka heç bir fayda gətirməyən layihələrə yönəldilməsi və mənimsənilməsi ilə bağlı bəzi epizodlar üzrə geniş istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol