• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda "Premium" markalı benzinin satışı dayandırıldı

Azərbaycanda "Premium" markalı benzinin satışı dayandırıldı
04.11.2016 14:48
Artıq iki gündür sürücülər Bakı ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən (YDM) "Aİ-95 Premium" markalı yanacağın qıtlığı ilə üzləşib.
 
"APA-Economics" xəbər verir ki, bəzi YDM-lər ümumiyyətlə adıçəkilən markalı benzinin satışını dayandırıb.
 
"İki gündür "Premium" markalı benzin tapa bilmirik. Məcburən avtomobilə "Aİ-92" markalı benzin doldurmuşuq. Bu isə maşına ciddi  ziyan vurur", - deyə sürücülərdən biri bildirib.
 
Bunu nəzərə alaraq "APA-Economics" ölkədə ən geniş YDM şəbəkəsinə malik olan şirkətlər arasında sorğu keçirib.
 
"LUKoil-Azərbaycan" QSC-dən bildirilib ki, şirkət "Premium" markalı yanacağı "SOCAR Petroleum" QSC-dən alır: "Bizə yanacaq limitlə satılır. Problemin səbəbi də budur. Böyük ehtimalla, problem 1-2 günə həllini tapar".
 
"Tosoil" şirkətindən analoji cavab aldıq: "Ehtiyatımız tükənib. Bazadan ("SOCAR Petroleum" QSC-nin bazasından - red.) 1-2 günlük satış dayanıb. Yəqin ki, bir neçə günə satışı bərpa edərik".
 
"Azpetrol" MMC-dən məsələyə münasibət bildirən tapılmayıb.

"Günəş Petrol" firmasından da "Premium" markalı benzinin satışının dayandırıldığını etiraf ediblər. Bununla yanaşı, şirkət rəsmisi qeyd edib ki, problem sabahadək həllini tapmalıdır: "Biz də məhsulumuzun satılmasında maraqlıyıq".
 
Bununla yanaşı, şirkətlərin nümayəndələri yekdilliklə bildirirlər ki, məhsulun qıtlığı qiymət artımına səbəb olmayacaq.
 
Qeyd edək ki, YDM şəbəkəsinə malik olan şirkətlərin mütləq əksəriyyəti "Premium" markalı benzini "SOCAR Petroleum" QSC-dən alır. Şirkətin müştəriləri arasında "IST Petrol", "Tosoil", "LUKoil-Azərbaycan", "ABU Petrol", "Merd Petrol", "AZAL Oil", "Günəş IKF" MMC, "AS-Petrol" MMC, "Azərsun Holdinq" MMC, "Karasu Operating Company", "Silk Way Aviaşirkəti", "LUX-OİL" MMC, "Məişət Maye Qaz" QSC, "Balakhani Operating Company LTD" kimi şirkətlər var.
 
"SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli isə bildirib ki, artıq problem aradan qaldırılmaq üzrədir: "Bildiyiniz kimi, bu yanacaq növü Azərbaycana xaricdən idxal olunur. Son günlər idxalda yaranan problemlə bağlı daxili bazarda bu yanacaq növünün çatışmazlığı yaranıb. Lakin artıq yanacağın idxalında yaranan problem aradan qaldırılıb və müştərilərimiz məhsulla təchiz olunmaqdadır. Bilirsiniz ki, "SOCAR Petroleum" böyük bir YDM şəbəkəsinə sahibdir. Lakin biz ilk növbədə müştərilərimizin tələbatını ödədik. İlk təchiz etdiyimiz şirkətlərdən biri də "LUKoil-Azərbaycan"dır. Son iki gün ərzində müştərilərimiz yanacağı əldə edir. Düzdür, müştərilərimizə yanacaq məhdud həcmdə satılır".
 
Onun sözlərinə görə, defisitin yaranmasına tələbatın yüksək olmasıdır: "Məsələn, sonuncu dəfə "LUKoil-Azərbaycan"a 5 maşın yanacaq verilib. Olar bilər ki, tələbatın yüksək olması səbəbindən ehtiyat tükənib".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol