• $
  • €
  • ₽
  • ₺
  • £

Pambıq və tütün əkənlərə subsidiya belə veriləcək - YENİ QAYDALAR

Pambıq və tütün əkənlərə subsidiya belə veriləcək - YENİ QAYDALAR
06.11.2016 13:58
Nazirlər Kabineti "Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nı təsdiq edib.

Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli və "Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 2016-cı il 5 oktyabr tarixli sərəncamlarına əsasən istehsalçılara emal müəssisələrinə satdıqları xam pambığın hər 1 (bir) kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə 0,05 manat məbləğində subsidiya müəyyənləşib.

ANN.Az Fins.az-a istinadən xəbər verir ki, qaydaya əsasən subsidiya istehsalçı olan hüquqi şəxslərin hesablaşma hesablarına və fiziki şəxslərin cari (xüsusi kart) hesablarına köçürülməklə ödəniləcək. Rayon (şəhər) üzrə istehsalçılara subsidiyanın verilməsi ilə bağlı işlərin təşkili Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri tərəfindən həyata keçiriləcək.

İstehsalçıların emal müəssisələrinə satdıqları pambıq və tütünün miqdarına görə subsidiya Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli qərarı ilə yaradılmış Respublika Komissiyasının qərarı əsasında veriləcək.

Qaydalara görə, istehsalçı subsidiya almaq üçün ərizəsini iyunun 1-dək kənd ərazi komissiyasına təqdim etməlidir. Kənd təsərrüfatı idarəsi kənd ərazi komissiyalarından daxil olan məlumatları 90 gün müddətində təhlil edir və zəruri məlumatları kənd ərazi komissiyaları ilə birlikdə dəqiqləşdirməlidir.
Emal müəssisələri icmal siyahıları tütün üzrə cari ilin noyabrın 30-dək, pambıq üzrə isə cari ilin dekabrın 20-dək kənd təsərrüfatı idarəsinə təqdim etməlidir. İstehsalçı satdığı pambıq və tütünün miqdarına görə verilən subsidiyanı almaq üçün ərizəsini tütün üzrə cari ilin noyabrın 30-dək, pambıq üzrə isə cari ilin dekabrın 15-dək kənd ərazi komissiyasına təqdim etməlidir.

Ərizəyə emal müəssisəsinə satılmış pambıq və tütünün alqı-satqısına dair qaimə, pambığın və tütünün qəbulu qəbzləri əlavə edilməlidir. Maliyyə Nazirliyi müvəkkil bank vasitəsilə fevralın 20-dən başlayaraq subsidiyanın istehsalçının hesabına 30 gün müddətində köçürülməsini təmin edəcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol