• $
  • €
  • ₽
  • ₺
  • £

Kredit borcu olanların şəxsiyyət vəsiqəsi əlindən alınır

Kredit borcu olanların şəxsiyyət vəsiqəsi əlindən alınır
08.11.2016 15:42
Vergi və kredit problemi olan vətəndaşlar yeni problemlə üzləşiblər. Belə ki, həmin vətəndaşlar artıq şəxsiyyət vəsiqələrini yeniləyə bilmirlər.

Bu barədə analoji problemlə üzləşən vətəndaşlardan biri məlumat verib.

Onun sözlərinə görə, ailə həyatı qurmasından dolayı, şəxsiyyət vəsiqəsini yeniləmək üçün "ASAN xidmət”ə müraciət edib. Xidmətdə ondan köhnə vəsiqəsini qəbul etsələr də, yenisini verməkdən imtina edirlər. Səbəb kimi də onun vergi borcunun olmasını göstəriblər.

Məsələ ilə bağlı "ASAN xidmət”in İnformasiya şöbəsinin müdiri Anar Hüseynov bildirib ki, vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi "ASAN xidmət”də həyata keçirilsə də, bu məsələ Daxili İşlər Nazirliyinin nəzarətindədir: 

"Bu cür problemlə üzləşən vətəndaş Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Çünki mərkəzlərdə şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidməti Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir”.

Problemi şərh edən hüquqşünas Elyar Həsənovun sözlərinə görə, vətəndaşın hansısa borcuna görə, şəxsiyyət vəsiqəsindən məhrum edilməsinə dair ölkə qanunvericiliyində heç bir müddəa yoxdur:

"Vergi və kredit borcuna görə vətəndaşa şəxsiyyət vəsiqəsi verilməməsi qanunvericiliyə ziddir. Şəxsiyyət vəsiqəsi əlindən alınan vətəndaşın hüquqları məhdudlaşdırılır ki, bu da doğru deyil. Şəxsiyyət vəsiqəsi vətəndaşlıqla bağlıdır.

Vətəndaşa vəsiqə vermədikdə, o, başqa hüquqlarını da reallaşdıra bilmir. Məsələn, nikaha girmək istəyir, amma borcuna görə vəsiqə verilmirsə, deməli, nikaha girə bilməyəcək. Bu, nə dərəcədə doğrudur?!”, - hüquqşünas bildirib. E.Həsənov qeyd edib ki, belə hallar olduqda, yuxarı dövlət orqanlarına müraciət edilməlidir: "Vətəndaş ən yaxşı halda məhkəməyə müraciət edə bilər”.

Vəkil Fuad Ağayev də sözügedən məsələnin qanunsuz olduğunu deyib: "Bu haqda ilk dəfədir, eşidirəm. Əgər belə hallar baş verirsə, tam qanunaziddir. Hər hansı borcun olması o insanın vətəndaşlıqdan çıxarılmasına səbəb ola bilməz. Hüquq subyekti məhdudlaşdırıla bilməz. O ki, qaldı borca, o borcun geri alınması başqa yollarla həyata keçirilməlidir, şəxsiyyət vəsiqəsindən vətəndaşı məhrum etməklə yox”.

"Bu halla üzləşən zaman vətəndaş iki yolla hüquqlarını bərpa edə bilər: Birincisi, yuxarı orqanlara müraciət etməklə, ikincisi, məhkəməyə üz tutmaqla”, - deyə vəkil qeyd edib. 

Məsələ barədə danışan millət vəkili Fazil Mustafa da, borca görə vətəndaşlıq hüquqlarının məhdudlaşdırılmasını doğru hesab etmir: "Hər hansı bir maliyyə borcuna görə vətəndaşı vəsiqədən məhrum etmək olmaz. Şəxsiyyət vəsiqəsi şəxsiyyətin tanınması sənədidir. Bu baxımdan malı mala qatmaq olmaz”.//Sputnik.az

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol