Məşhur aviaşirkətlərdən biri Azərbaycan bazarını tərk etdi

"British Airways Plc.” şirkətinin Azərbaycan nümayəndəliyi ləğv olunub.
Bu barədə "Report”a Vergilər Nazirliyindən məlumat verilib.
Qeyd edilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsi, ev 8, "Hyatt Tower -2” (VI mərtəbə) ünvanına bildirə bilərlər.
"British Airways” aviaşirkəti sərnişin və yükdaşımaları həyata keçirir. Dünyanın təxminən 400 istiqamətinə uçuşlar yerinə yetirir.
Xatırladaq ki, şirkət bu ilin aprelin 29-dan London-Bakı-London istiqaməti üzrə aviauçuşlarını dayandırıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























