Sabah bu ərazilərdə qaz olmayacaq

"Qaz İxrac” İdarəsinin Qazax və Astara Magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
SOCAR-dan verilən məlumata görə, sabah saat 11:00-dan 13:00-dək "Qaz İxrac” İdarəsinin Qazax Magistral qaz kəmərləri sahəsinin "Ağstafa”, saat 09:00-dan 18:00-dək Astara Magistral qaz kəmərləri sahəsinin "İmişli”, "Axundov”, "Saatlı”, "Qaracalar”, "Otuzikilər” və "Əlillər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində aparılan işlərin İmişli, Saatlı, Sabirabad və Ağstafa rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























