ADB: "Şahdəniz" layihəsinə ayrılan kredit tezliklə təsdqilənəcək

Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) "Şahdəniz" layihəsi üçün təqdim etdiyi 1 mlrd. dollar həcmində kredit tezliklə təsdiq oluna bilər.
"APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirdiyi mətbuat konfransında ADB-nin vitse-prezidenti Vençay Zanq deyib.
Onun sözlərinə görə, hal-hazırda bankın Direktorlar Şurası tərəfindən layihəyə baxılır: "Layihəyə bu qiymət təklif edilərkən biz ətraflı araşdırma aparmışıq. Ümid edirik ki, Şura krediti təsdiqləyəcək. Şura tərəfindən ratifikasiyanın noyabrın sonu - dekabrın əvvəlində gerçəkləşdirilməsi gözlənilir. Biz bunu səbirsizliklə gözləyirik".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























