Daha iki kəndə qaz verilib

İmişlinin Bəcirəvan və Ağcüyür kəndlərinə təbii qaz verilib.
ANN.Az SOCAR-ın saytına istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 483 abonenti olan Bəcirəvan və 43 abonenti olan Ağcüyür kəndlərinin qazlaşdırılması üçün məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 483 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Qeyd olunub ki, hazırda İmişli rayonunun daha 8 kəndində (Qaravəlili, Mirili, Çahar, Gövhərli, Qaradonlu, Məzrəli, Xubyarlı və Çaxırlı kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikinti başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilməsi təmin ediləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























