• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha bir bahalaşma

Azərbaycanda daha bir bahalaşma
15.11.2016 17:01
Azərbaycanın avtomobil bazarında satış qiymətlərinin artın tendensiyası müşahidə olunur. 

Xüsusilə də, köhnə avtomobillərin qiymətində daha ciddi artım baş verib. Bu barədə "Report"a Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı məlumat verib.

O deyib ki, bunun səbəbləri məlumdur: "İdxal azalıb, təklif azalıb, təklif məhdudlaşırsa, bazara çıxarmağa maşın yoxdursa, onun qiyməti də artmalıdır. Artım müxtəlif markalar üzrə fərqlidir. Təqribən qiyməti 10 min manatadək olan avtonəqliyyat vasitələrində 500-1 000 manat, 10-20 min manatlıq avtomobillərdə 1 500-2 000 manat artımı var".

Onun sözlərinə görə, maşın bazarında vəziyyət çox gərgindir: "Xüsusilə də nəzərə alsaq ki, maliyyə bazarında vəziyyət dəyişkəndir. Yəni, manatın dollara qarşı məzənnəsi çox tez-tez dəyişir. Bu sahədə fəaliyyət göstərən sahibkarlar da çətinlik çəkirlər. Təbii ki, onlar həm alıcı qismində çıxış edirlər, əvvəl alıb, sonra satırlar. Bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil".

R.Osmanlı gələcəklə bağlı proqnoz verməyin düzgün olmadığını deyib: "Proqnozlar bazarı bərbad vəziyyətə qoyur. Onun üçün də proqnoz verməyin tərəfdarı deyiləm".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol