• $
  • €
  • ₽
  • ₺
  • £

Güzəştli mənzillərin aylıq ödənişi 200 manatdan az olacaq - EKSPERT

Güzəştli mənzillərin aylıq ödənişi 200 manatdan az olacaq - EKSPERT
17.11.2016 10:19
Gələn ildən sosial mənzillərə sahib olmaq üçün müraciətlər başlanıla bilər.

ANN.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov şərh edib.

İqtisadçı bildirib ki, Azərbaycan Prezidentinin "Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” fərmanı ilə ölkəmizdə gələn ilin mayın 1-dək "güzəştli mənzil” sistemi yaradılacaq. Bu fərman mənzil probleminin həllində yeni bir mərhələ kimi qiymətləndirilir. Çünki, sənəd artıq gələn ildən sosial mənzillərə müraciətlərin əlçatanlığını təmin etməklə yanaşı, eyni zamanda elektron proseduraların tətbiqini nəzərdə tutur.

Bütövlükdə, sözügedən sənəddə nələr nəzərdə tutulur və sosial evlər hansı şərtlər ilə təklif ediləcək? Əvvəlla, fərman "Elektron hökumət” portalında "Güzəştli mənzil” sistemi yaradılmasını nəzərdə tutur. Bu o deməkdir ki, vətəndaşlar elektron portal vasitəsi ilə güzəştli mənzillərə müraciətə çıxış imkanı əldə edəcəklər.

İkincisi, sistemə sosial mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı və şərtlər daxil ediləcək. Bu isə o deməkdir ki, sosial mənzil almaq istəyən şəxs sistemə daxil olaraq hansı sənədələrin tələb edilməsi, şərtlər o cümlədən otaqların sayından asılı olaraq mənzilin qiyməti və digər məlumatlar ilə tanış ola biləcəklər.

Üçüncüsü, bu sistem mənzilləri güzəştlə əldə etmək istəyən şəxsin elektron müraciətinin real vaxt rejimində qeydiyyata alaraq "MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərəcək. Bu zaman vətəndaş müraciət etdikdən sonra onun müraciəti güzəştli mənzil inşaatına məsul olan qurumla bölüşdürüləcək.

Dördüncüsü, sosial mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan və müraciətçinin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatları və o cümlədən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatları qeydə alınacaq.

Beşincisi, bu məlumatların vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılacaq və bu da şəffaflıq baxımdan olduqca vacibdir.

Altıncısı, cəmiyyətin sərəncamında olan mənzili güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılacaq. Bu müraciətçiyə imkan verəcək ki, öz müraicət ilə bağlı prosesi birbaşa izləyə bilsin.

Yeddincisi, fərman güzəştli mənzilləri ipoteka və xüsusən də sosial ipoteka vasitəsi ilə əldə edilməsinə imkan verəcək. Güzəştli mənzilin üç il müddətində icarəyə və ya kirayəyə verilməsinə və həmin müddətdə özgəninkiləşdirilməsinə məhdudiyyət tətbiq ediləcək.

Ekspert qeyd edib ki, güzəştli mənzillər Bakıda Yasamal rayonunda olacaq. Eyni zamanda, digər şəhər və rayonlarda da mərhələli şəkildə mənzillər inşa ediləcək. Mənzillər 1, 2 və 3 otaqlı olacaq. Təbii ki, 3 otaqlı mənzil üçün ödəniş aylıq 300 manatdan az olmasına çalışılır. 2 və 1 otaqlı mənzillər üçün aylıq ödəniş müvafiq olaraq aşağı olacaq və aylıq ödənişin 200 manatdan az olacağı gözlənilir. İlk il 2 min mənzil istifadəyə veriləcək, daha sonra isə hər il 3 min mənzilin vətəndaşlara təklif olunması hədəflənir. Güzəştli mənzillər ümumi illik mənzil tələbatının 10 faizini təşkil edəcək. Mənzillərin sahəsi ekonom olacaq. Gözlənilir ki, 3 otaqlı mənzillərin sahəsi təxminən 70, 2 otaqlılar isə 45 kvadrat metr olacaq. Bütövlükdə, yeni sistem mənzili olmayan amma güzəştli şərtlər ilə aylıq ödəniş etmək imkanı olanları ev sahibi edə biləcək.

Orxan Aslanlı
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol