"iPhone"lar ikiqat bahalaşacaq

ABŞ-ın "Apple” korporasiyası özünün iki aparıcı tərəfdaşı – "Foxconn” və "Pegatron”dan istehsalın ABŞ ərazisinə köçürülməsi imkanlarını nəzərdən keçirməyi xahiş edib.
Bu barədə "Nikkei” saytı məlumat yayıb.
"Foxconn” və "Pegatron” "Apple” məhsulları üçün detallar hazırlayan mühüm şirkətlərdir. Mənbə "Foxconn”un təklifə müsbət yanaşdığını, "Pegatron”un isə xərc məsələsi ilə əlaqədar bundan imtina etdiyini bildirib. Əslində "Foxconn”un rəhbəri Terri Qou da ideyaya entuziazmla yanaşmır. O deyib ki, istehsalın ABŞ-a köçürülməsi xərcləri ikiqat artıracaq.
Xatırladaq ki, ABŞ-ın yeni prezidenti Donald Tramp seçki kampaniyası dövründə "Apple” şirkətini istehsalı ölkə ərazisinə köçürməyə məcbur edəcəyini bildirib.//Lent.az
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























