• $
  • €
  • ₽
  • ₺
  • £

Bir otaqlı sosial evlərin aylıq qiyməti 140 manatdan artıq olmayacaq

Bir otaqlı sosial evlərin aylıq qiyməti 140 manatdan artıq olmayacaq
18.11.2016 21:53
Sosial evlərin satışı ilə bağlı "Güzəştli mənzil” elektron sistem yaradılacaq.

Lent.az-ın məlumatına görə,  bunu Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbəri Samir Nuriyev AzTV-də yayımlanan "Günün nəbzi” verilişində deyib.
 
S.Nuriyev bildirib ki, güzəştli şərtlər dedikdə ilk əvvəl qiymət nəzərdə tutulur. Mənzillərin satılacağı qiymətlər həmin ərazidə olan orta bazar qiymətindən aşağı olacaq. Eyni zamanda məbləği sosial güzəştli ipoteka sistemi vasitəsilə 3 ildən 30 ilə qədər ödəmək imkanı yaradılacaq. Həmçinin mənzillər tam təmirli və mətbəx mebeli ilə təmin olunmuş şəkildə təqdim olunacaq.
 
S.Nuriyevin sözlərinə görə, güzəştli mənzillər əldə etmək hüququ olan sosial qruplar müraciət  edərək güzəştli mənzil sistemində qeydiyyatdan keçdikdən sonra ev seçimin həyata keçirə biləcək: "3-4 ay sonra insanlar sosial mənzillər üçün qeydiyyatdan keçə biləcəklər.  3 ay ərzində həmin elektron sistemin əsasnaməsi təsdiq olunmalıdır. Təxminən mayın 1-dən sistem işə düşəcək. Amma ondan əvvəl pilot versiyalar sınaqdan keçirilə bilər. Həm də elektron sistem işə düşməzdən əvvəl sənədlər "ASAN xidmət" mərkəzləri tərəfindən qəbul ediləcək. Əsasnamə təsdiq olunduqdan sonra kağız formatında qəbul olunmuş həmin müraciətlər elektronlaşdırılacaq. Qeydiyyatdan keçən şəxsin qeyd etdiyi sosial qrupa daxil olmasının təsdiqi dərhal veriləcək, amma ümumi yoxlamalar təxminən 5 gün çəkə bilər”.
 
"Binaların 30 % tikintisi başa çatmalıdır ki, satış da başlasın. Biz çalışmışıq ki, sosial evlər layihəsini daha çox ehtiyac duyulan ərazidə gerçəkləşdirək. Güman edirəm ki, ikinci layihə də elə Bakı ətrafında həyata keçiriləcək. İlin sonundan sosial evlərin tikintisinin başlanılması təmin olunacaq”- deyə, S.Nuriyev əlavə edib.
 
Sosial evlərin təmir keyfiyyətinə toxunan qurum rəsmisi bildirib ki, binaların keyfiyyti yüksək olacaq: "Buna zəmanət veririk. Çoxları düşünür ki, sosial evlər keyfiyyətsiz olacaq, ancaq biz bu məsələyə ciddi nəzarət edəcəyik. Tikintidə əsasən yerli tikinti vasitələrindən istifadə olunacaq”.
 
S.Nuriyev son olaraq qeyd edib ki, sosial evlər üçün aylıq ödəniş sistemi təsdiq olunmuş qaydalar əsasən həm nəğd formada,  həm də 3 ildən 30 ilədək güzəştli ipoteka vasitəsilə həyata keçiriləcək: "Biz çalışacağıq ki, aylıq ödənişlər orta icarə haqqından yüksək olmasın. Birotaqlı evlər üçün qiymət 130-140,  üç otaqlılar üçün isə 300-350 manatdan yuxarı olmasın”.
 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol