• $
  • €
  • ₽
  • ₺
  • £

Ən problemli smartfonlar

Ən problemli smartfonlar
21.11.2016 19:28
"Blannco Technology Group” analitik şirkəti smartfon və planşetlərdə nasazlıqların aşkar edilməsi üzrə tədqiqatın nəticələri ilə bağlı məlumat verib.
 
Mütəxəssislərin məlumatına görə, "Android” cihazlarla müqayisədə "iPhone” qurğuları daha problemlidir.

Mütəxəssislər həm proqram təminatı, həm də aparatlarda müşahidə olunan nasazlıqları nəzərə alıblar. Onlar 2016-cı ilin 3-cü rübünün nəticəsinə görə, "iOS” və "Android” cihazlarında qeydə alınmış problemlərin sayını müqayisə ediblər.

Tədqiq edilmiş "Apple” qurğularının 62 faizində nasazlıq müşahidə olunub, problemli "Android” cihazlarının payı 47 faiz təşkil edib. "iOS” qurğuları arasında ən çox nasazlıq "iPhone 6” cihazında müşahidə olunub, "iPhone 5S” və "iPhone 6S” antireytinqdə müvafiq olaraq ikinci və üçüncü yeri tutublar. "iPhone 4S” ən sabit qurğudur, bu modellə bağlı problemlər yalnız 2 faiz təşkil edib.

"LeEco Le2” qurğusu "Android” mobil əməliyyat sistemi ilə işləyən cihazlar arasında ən problemli smartfondur. "Xiaomi” şirkətinin "Redmi 3S” və "Redmi Note 3” qurğuları antireytinqdə ikinci və üçüncü yeri tutublar. Qabaqcıl "Samsung Galaxy S7 edge” qurğusu dördüncü yerdə qərarlaşıb. //Azərtac

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol