• $
  • €
  • ₽
  • ₺
  • £

“İşgüzar nüfuz və onun müdafiəsi” və “Media Relations” mövzusunda təlim

“İşgüzar nüfuz və onun müdafiəsi” və “Media Relations” mövzusunda təlim
23.11.2016 15:07
17 dekabr tarixində Bakıda "World Business Centre”də "Baku School of Public Relations” şirkətinin və "Azerbaijan Public Relations Association” APRA-nın təşkilatçılığı  ilə dövlət və özəl sektorunda çalışan kommunikasiya və ictimaiyyətlə əlaqələr (PR) mütəxəssisləri  üçün "İşgüzar nüfuz və onun müdafiəsi” və "Media Relations” mövzusunda növbəti təlim keçiriləcək. 

Təlim Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas Allahverən Oruclu və "Alibayov Kommunikasiya & Konsaltinq Şirkəti”nin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (Fransa) Ekspertlər Şurasının üzvü, PR üzrə tanınmış mütəxəssis Vəli Əlibəyov tərəfindən aparılacaq.  

Təlimdə təşkilatların hüquqşünaslarına və kommunikasiya, ictimaiyyətlə əlaqələrinə məsul şəxslərinə cəmiyyətdə müsbət imic formalaşdırmasına, tərəfdaşların etibarını qazanmasına və ya gəlirlərinin artmasına xidmət edən işgüzar nüfuzun yaranması, bu nüfuzun müdafiəsi istiqamətində bilgilər veriləcək. Eyni zamanda onlara bu istiqamətdə yerli və xarici təcrübədən irəli gələn keyslər üzərindən fikir mübadiləsi aparılacaq. 

Təlimdə həmçinin sahibkar, kommersiya və ya qeyri-kommersiya, dövlət və ya bələdiyyə təşkilatı ilə ictimaiyyət arasında əlaqələrin qurulması və bu əlaqələrdə medianın rolu mövzularına toxunulacaq. 

Qeyd edək ki, yerlər məhdud olduğu üçün iştirak etmək istəyən iş adamları, hüquqşünaslar, ictimaiyyətlə əlqələr (PR) üzrə mütəxəssislər və media nümayəndələri 16 dekabr 2016-cı il tarixinə qədər [email protected] emailinə təsdiq məktubu göndərərək qeydiyyatdan keçməlidilər. 

Təlim ödənişlidir və sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol