• $
  • €
  • ₽
  • ₺
  • £

Banklar düzgün işləsəydi, buna ehtiyac olmazdı - EKSPERT

Banklar düzgün işləsəydi, buna ehtiyac olmazdı - EKSPERT
23.11.2016 17:35
Azərbaycanda borc məsləhət mərkəzləri yaradıla bilər. 

ANN.Az xəbər verir ki, bunu mətbuata açıqlamasında Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan üzrə direktoru Aliyə Əzimova deyib. Onun sözlərinə görə, bu mərkəzlərin yaradılması həddən artıq borclanmanın qarşısını almaqda mühüm rol oynayacaq. 

Azərbaycanda borc məsləhət mərkəzləri yaradılması bank sektoruna necə təsir göstərəcək?
 

Qalib Toğrul - iqtisadçı

İqtisadçı-ekspert Qalib Toğrul ANN.Az-a açıqlamasında bu işin bank sektorunun həll etməli olduğunu bildirib:

"Belə mərkəzlərin yaradılması çox gözəl addımdır. Vətəndaşlara, müəssisələrə, fiziki və hüquqi şəxslərə məsləhətlər verə bilərlər. Həmçinin, bank sektoruna da köməkçi bir mərkəz ola bilər. Ancaq cəmiyyətdə ifrat dərəcədə borclanma yaranırsa, bunun əsas səbəbi bank sektorunun düzgün formada işləməməsidir. Borc məsləhət mərkəzlərinin yaradılması bank sektorunun məsuliyyətsizliyindən irəli gəlir. Əgər bank sektoru kredit verdikdə borcların qaytarılma risklərini düzgün qiymətləndirib qərar qəbul edə bilsəydi, bu cür mərkəzlərə ehtiyac olmazdı. Bu işi bank sektorunun özü həyata keçirməli idi”.

"Borc məsləhətləşmə mərkəzlərinin yaradılması o demək deyil ki, bank sektoru bundan sonra düzgün qərar qəbul edəcək, yox. Hər şeydən əvvəl bu sektorun təməli düzgün qoyulmalıdır”, - deyə ekspert əlavə edib.

Orxan Aslanlı

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol