Azərbaycan Beynəlxalq Bankının özəlləşdiriləcəyi tarix bilindi

Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi 2017-ci ildə elan olunacaq.
Trend-in məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Bakıda bank konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Maliyyə Nazirliyi ilə birgə hazırlıq işlərinin başa çatdırılması üçün tədbirlər həyata keçirilir.
R.Aslanlı qeyd edib ki, özəlləşdirmədə yerli və xarici investorlar iştirak edə biləcəklər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























